Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda ən son avadanlıqlarla təchiz edilmiş tibbi labaratoriya fəaliyyətə başladı
Bakıda ən son avadanlıqlarla təchiz edilmiş tibbi labaratoriya fəaliyyətə başladı

Azərbaycanda dünyanın ən son laboratoriya avadanlıqları ilə təchiz edilmiş tibii diaqnostika mərkəzi fəaliyyətə başlayıb. Bakı şəhəri Aşıq Molla Cümə küçəsi 44 ünvanında yerləşən “Ellab Diagnostic” bütün istiqamətlərdə mikrobiologiya, genetika, immunalogiya, biokimya və s. sahələrində dəqiq analizlər aparır.

Bakıda ən son avadanlıqlarla təchiz edilmiş tibbi labaratoriya fəaliyyətə başladı

Ellab Diaqnostika mərkəzi müştərilərinə keyfiyyətli xidmət, münasib qiymət və analiz nəticələrində dəqiqlik barəsində zəmanət verir. Mərkəzin yaradılmasında əsas məqsəd ölkəmizdə aparılmayan bütün laborator xidmətlərin yerli bir laboratoriyada aparılmasını təmin etmək, pasiyentlərin ehtiyaclarına uyğun yüksək keyfiyyətli laborator və poliklinik xidmətlər göstərməkdir.

Bakıda ən son avadanlıqlarla təchiz edilmiş tibbi labaratoriya fəaliyyətə başladı

Ellab Diaqnostikada quraşdırılan Siemens, Roche, Biomerius, Tecan, Beckman, Acces 2, Redcell, Berkhun SDM-100, ERBA 760, Rotor Gene-Q, Atellica 630, COBAS E 411, Vitek 2, Bact/Alert 3 D, Proviva  və  s. kimi ən müasir tələblərə cavab verən tibbi avadanlıqlar həm sizin gözləmə müddətinizi qısaldır, həm də daha dəqiq nəticələr almağınızı təmin edir.

“Ellab Diagnostic" beynəlxalq standartlarda olduğu kimi analizlarin aparılması və diaqnozun düzgün təyin olunmasından ötrü tibbi cihazları hər gün kontrol va kolibrator yoxlamalarından keçirir. Labaratoriya eyni zamanda Türkiya, Almaniya, ABŞ-nın qabaqcıl klinikalarının laboratoriyaları ilə müqavilə əsasında Azərbaycanda edilməyən nadir analizləri də qəbul edir.

Bakıda ən son avadanlıqlarla təchiz edilmiş tibbi labaratoriya fəaliyyətə başladı

Qeyd edək ki, Ellab diaqnostika mərkəzində 32000-dən artıq genetik test, 1500-dən artıq müxtəlif növdə laborator müayinələr aparılır. Müayinalarin hər birinin ayrıca təlimatı hazırlanır va analizlar həmin təlimat əsasında həyata keçirilir. İnteqrasiya sistemi vasitəsi ilə müayinə nəticələri birbaşa kompüter-məlumat bazasına daxil edilir. Müayinələrin nəticələri bir neçə yoxlama mərhələsindən keçir. İlkin nəticə tibb-texniklərin nəzarətindən, ikinci mərhələdə həkim laborantlar, üçüncü mərhələdə isə klinika direktoru biokimya və molekular biologiya uzmanı Dr. Eldar Əliyevin nəzarətindən keçir. Yalnız bütün kriteriyalar üzrə nəzarətdən keçmiş nəticələr pasiyente təqdim olunur.

"Ellab Diagnostic"ə müraciət edərək vaxtınıza və büdcənizə qənaət edəcək, eyni zamanda keyfiyyətli xidmət alacaqsınız.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »