Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Ukraynadakı vəziyyətlə bağlı açıqlama verəcək
Bayden Ukraynadakı vəziyyətlə bağlı açıqlama verəcək

ABŞ prezidenti Co Bayden Rusiya və Ukrayna ətrafındakı vəziyyətlə bağlı yeni açıqlama verəcək.

Bizimyol.info xəbər verir ki, ABŞ prezidentinin çıxışı Ağ Ev tərəfindən açıqlanıb.

Qeyd olunur ki, Bayden aprelin 21-i cümə axşamı səhər Vaşinqtonda çıxış edəcək: "Prezident Rusiya və Ukrayna ilə bağlı son məlumat verəcək", - deyə Ağ Evdən bildiriblər.

Bir gün əvvəl ABŞ prezidentinin mətbuat katibi Cen Psaki demişdi ki, Bayden “kədər və ya qorxu ilə” Ukraynadan, Ukrayna xalqı, ailələr, “risk altında olan uşaqlar, günahsız mülki insanlar üçün” dəhşətli fotoları izləyir.

Ukrayna prezidenti Vladimir Zelenski bir müddət əvvəl Ukraynaya silah tədarükü ilə bağlı Qərblə münasibətlərin istiləşdiyini bildirib: "Silahlanmaya gəlincə. Düşünürəm ki, həqiqətən də işlər istiləşib, hesab edirəm ki, belə bir termindən istifadə etmək olar, Qərblə silahlanma münasibətləri. Onlar bu və ya digər silahın tədarük vaxtı ilə bağlı daha aydın məlumat verməli olublar. Bunun üçün mən onlara çox minnətdaram. Ukrayna xalqı bu ağır günlərində bizə dəstək olan bütün dövlətləri həmişə hörmətlə xatırlayacaq", - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »