Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya: Pasxa atəşkəsi olmayacaq
Rusiya: Pasxa atəşkəsi olmayacaq

Rusiya BMT-nin baş katibi Antonio Quterreşin Ukraynada Pasxa barışığı təklifini rədd edib.

Bizimyol.info xəbər verir ki, bu məlumatı Ukraynanın BMT-dəki daimi nümayəndəsi Serhiy Kislitsa da təsdiqləyib.

"Moskva baş katibin mövqeyini bir neçə saat ərzində Təhlükəsizlik Şurasında açıqlanıb", - Kislitsa bildirib.

Rusiya nümayəndəsinin sözlərinə görə, sülh və atəşkəs çağırışları “çox həqiqətə uyğun deyil və qeyri-səmimi” səslənir.

“Atəşkəs Kiyev millətçilərinə və radikallara möhlət vermək istəyidir ki, onlar yenidən birləşə bilsinlər. Baş katibin təklifi Ukrayna tərəfə qüvvələrin cəmləşdirilməsinə, yeni həmlələr üçün birləşmələrin yerdəyişməsinə səbəb ola bilər. Bu da Rrusiyanın planlarını ləngidə bilər”, - Rusiyanın BMT-dəki daimi nümayəndəsi bildirib.

Bundan əvvəl Ukrayna tərəfi Pasxa atəşkəsi ilə razılaşıb. Bu arada Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev belə bir razılaşmanın baş verməyəcəyini  deyib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »