Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyadan müharibənin nə vaxt başa çatacağı barədə açıqlama
Rusiyadan müharibənin nə vaxt başa çatacağı barədə açıqlama

"NATO tərəfindən Ukraynanın inkişafı ilə bağlı təhdidlər aradan qaldırılanda Rusiyanın "xüsusi hərbi əməliyyatı" başa çatacaq".

Bizimyol.info xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB-nin ikinci departamentinin direktoru Aleksey Polişçuk deyib.

"Xüsusi hərbi əməliyyat" onun vəzifələri başa çatdıqdan sonra başa çatacaq. Bunlara Donbassın mülki əhalisinin müdafiəsi, Ukraynanın demilitarizasiyası və denazifikasiyası, həmçinin NATO ölkələri tərəfindən genişlənmə ilə əlaqədar Ukrayna ərazisindən Rusiya dövlətinə qarşı təhdidlərin aradan qaldırılması, alyansın sərhədlərimizə yaxınlaşmasını dayandırması daxildir",- deyə rusiyalı diplomat bildirib.

O əlavə edib ki, "xüsusi əməliyyat" plana uyğun davam edir: "Rusiya qarşıya qoyduğu bütün məqsədlərinə nail olacaq. Bunun üçün Rusiyanın bütün mənada güçü və iradəsi var. Başqalarından fərqli olaraq "biz qalib gələcəyik" demirik, biz məqsədlərimizə nail olacağıq deyirik. Rus xalqı hər yerdə xoşbəxt yaşamalıdır. Rusiyanın məqsədi, məramı budur",- Polişçuk vurğulayıb.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin "Donbass respublikaları"nın rəhbərlərinin "kömək üçün müraciətinə" cavab olaraq Ukraynada "xüsusi hərbi əməliyyat" elan edib. O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsəd ölkənin demilitarizasiyası və deazifikasiyasıdır. Rusiya Müdafiə Nazirliyində deyildiyi kimi, Rusiya hərbçiləri şəhərlərə zərbə endirmir, yalnız hərbi infrastrukturu sıradan çıxarır, ona görə də heç bir şey mülki əhalini təhdid etmir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »