Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu: “Müttəfiqlərimiz Rusiyaya qarşı sanksiyalara qoşulmamağımızın səbəbini anlayır”
Çavuşoğlu: “Müttəfiqlərimiz Rusiyaya qarşı sanksiyalara qoşulmamağımızın səbəbini anlayır”

Qərb ölkələri və müttəfiqlərimiz bizim Rusiyaya qarşı sanksiyalara qoşulmamağımızın səbəbini anlayır və bunu qəbul edir.

APA-nın verdiyi xəbərə görə, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Türk” kanalına müsahibəsində deyib.

O qeyd edib, Yunanıstan və bəzi Avropa ölkələrindən başqa hər kəs bu müharibədə Türkiyənin oynadığı rolu anlayır və sadəcə Rusiyaya sanskiyalardan boyun qaçırmaqda kömək etməməyə çağırır.

Bundan əlavə, nazir ölkəsinin Rusiyadan hərbi təyyərələrinin də Türkiyə hava məkanından istifadə etməməsini tələb etdiyini vurğulayıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »