Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov ilə Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
“Report”un məlumatına görə, bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin saytında yer alıb.
Nazirlər “3+3” formatının aktivləşdirilməsi də daxil olmaqla, Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə töhfə vermək niyyətlərini bir daha təsdiqləyiblər.