Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski Şarl Mişellə müzakirə etdiyi məsələləri açıqlayıb
Zelenski Şarl Mişellə müzakirə etdiyi məsələləri açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə hansı məsələləri müzakirə etdiyini açıqlayıb.

“Report” xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

“Şarl Mişel bu gün Kiyevdədir. Biz Rusiyaya qarşı sanksiyalar, dövlətimizin müdafiə və maliyyə dəstəyi, həmçinin Aİ meyarlarına uyğunluğu ilə bağlı sorğunun cavablarını müzakirə etdik. Mənalı görüşə və həmrəyliyə görə ona təşəkkür edirəm”, - dövlət başçısı bildirib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »