Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peskov: Rusiya Ukraynaya aydın dildə yazılmış sənəd layihəsi təqdim edib
Peskov: Rusiya Ukraynaya aydın dildə yazılmış sənəd layihəsi təqdim edib

Rusiya Ukraynaya aydın dilə yazılmış sənəd layihəsini təhvil verib və cavab gözləyir.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Prezident bildirib ki, Ukrayna tərəfi daima əvvəllər verilmiş razılaşmalardan yayınır, öz sözlərindən qaçırlar. Bunun danışıqların effektivliyi baxımından çox pis nəticələri var. Hazırda bizim sənəd layihəsi Ukrayna tərəfinə təhvil verilib ki, o sənəd tamamilə aydın formada işlənib. Anlaşılmayacaq bir tərəfi yoxdur. İndi top onların tərəfindədir, cavab gözləyirik”,- deyə Peskov bildirib.

Peskov, Lavrov, Putin

O, həmçinin qeyd edib ki, cavab müddəti Kiyevdən asılıdır: "Biz dəfələrlə demişik ki, Ukrayna tərəfinin işinin dinamikası çox arzuolunan səviyyədə deyil. Ona görə də ukraynalılar danışıqlar prosesini aktivləşdirməyə böyük meyl göstərmirlər",- deyə prezidentin mətbuat katibi bildirib.

İsrailin Moskvadakı səfiri Aleksandr Ben Zvinin Qüdsün Putin və Zelenski arasında mümkün görüşü qəbul etməyə hazır olması ilə bağlı bəyanatını şərh edən Kreml sözçüsü qeyd edib ki, İsrail tərəfi birinci dəfə deyil ki, belə bir görüşü qəbul etməyə hazır olduğu barədə öz köməyini təklif etməyə işarə edir.

“Və biz artıq dəfələrlə belə bir hipotetik görüşün sələfinin nə olduğunu izah etmişik”, – Peskov bu mövzunun Putinlə İsrailin baş naziri Naftali Bennett arasında müzakirə olunub-olunmaması sualına cavab verib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »