Rusiya 50 il ərzində, 2072-ci ilə qədər bir sıra ukraynalı məşhurların ölkəyə girişinə qadağa qoyub. Siyahıya məşhur bloger Anton Ptuşkin, Andrey Danilko (Verka Serduçka), Svetlana Loboda və başqaları daxildir. Bu, onların sərt anti-müharibə mövqeyi və Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı tənqidi bəyanatları ilə bağlıdır.
Rusiya mətbuatının məlumatına görə, Rusiya Federasiyasına girişi qadağan edilən ukraynalı məşhurların bütün siyahısı belə görünür:
Anton Ptuşkin, Svetlana Loboda, Andrey Danilko, Monatik, Maks Barski, Andrey Bednyakov Rusiyaya girişi qadağan edilənlər siyahısında dırlar.
O da bildirilir ki, bu şəxslərə qarşı sanksiyalar aprelin 16-dan fəaliyyətə başlayıb, lakin hələlik qadağanın rəsmi təsdiqi yoxdur.
Xatırladaq ki, Consona və Britaniya hökumətinin digər üzvlərinə bu yaxınlarda Rusiya Federasiyasına giriş qadağan edilmişdi.
Qeyd edək ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin ölkənin silahlı qüvvələrinin Ukrayna ərazisinə daxil olması barədə qərar qəbul edib. Rusiyanın bundan sonrakı hərəkətləri dünyanın əksər dövlətləri tərəfindən başqa dövlətin ərazisini işğal etmək cəhdi kimi dəyərləndirilib. Rusiya Fedarasiyasının həm rəsmi şəxslərinə, həm də tanınmış iş adamlarına qarşı indiyə qədər görünməmiş həcmdə sanksiyalar tətbiq edilib. Bir çox ölkə Rusiyanın səfirlik əməkdaşlarını arzuolunmaz adam elan edərək ölkədən çıxarır. Yəqin ki, Moskva bu vasitə ilə onlara cavab tədbiri hazırladığını nümaiş etditmək istəyir.
Qadir, Bizimyol.info