Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müdafiə Nazirliyi: Mariupola fosfor bombalarının atıldığı deyilir
Müdafiə Nazirliyi: Mariupola fosfor bombalarının atıldığı deyilir

"Rusların Mariupoda fosfor bombalarından istifadə etdikləri barədə məlumat yayılıb, lakin ola bilsin ki, burada söhbət kimyəvi silahdan gedir".

Bizimyol.info xəbər verir ki, bu barədə “RBC-Ukrayna”ya müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik bildirib.

“Bunun nə olduğunu dəqiq müəyyən etmək mümkün deyil. Çünki bu hadisənin baş verdiyi ərazinin araşdırılmasını tələb edir. Müəyyən yoxlamalar davam edir. Müəyyən əlamətlər nəzərə alınmaqla bir versiya, bunun fosfor sursatları ola biləcəyi idi. Bədəndə eyni reaksiyaya səbəb ola bilərlər. Lakin biz təcavüzkarın orada kimyəvi silahdan istifadə edə biləcəyi ehtimalını istisna etmirik. Hər iki silahın isfifadəsi ilə bağlı araşdırma aparılır. Bölgədə müharibə şəraiti davam etdiyindən tədqiqatları ləng gedir. Şəraitin imkan verdiyi qədər araşdırmalar davam etdiriləcək”, - Motuzyanik bildirib.

Onun sözlərinə görə, Rusiyanın Suriyada kimyəvi silahdan istifadə etməsi faktları dünyada yaxşı məlumdur.

Motuzyanıkın qeyd etdiyi kimi, ola bilsin ki, bu yolla Rusiya, məsələn, hansısa təlimlər formasında “pilot” addımlar atmağa cəhd edib: "Təlimlərdən fərqli olaraq burada "sınaqlar" mülki əhali üzərində aparılır", - deyə o qeyd edib.

“Ukrinform” xəbər verir ki, aprelin 12-də “Azov” alayının yaradıcısı Andrey Biletski Mariupolda təcavüzkarların naməlum zəhərli maddədən istifadə etməsi nəticəsində üç nəfərin xəsarətlər alaraq xəstəxanaya yerləşdirildiyini bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »