Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Apple" şirkəti Kadırovçuların sevimli əyləncəsinə son qoydu
"Apple" şirkəti Kadırovçuların sevimli əyləncəsinə son qoydu

“Apple” şirkəti Rusiya istifadəçiləri üçün “App Store”dan qısa TikTok videolarının yaradılması və onlara baxmaq xidmətini ləğv edib.

Hazırda axtarış menyusunda bunu yükləmək mümkün deyil. Lakin daha əvvəl alınmış menyuda bu xidmət hələ də aktivdir. Bu xəbər Kadırovun “tik-tok qoşunlarını” şoka sala bilər.

Bizimyol.info xəbər verir ki, məlumatı Ukrayna rəqəmsal transformasiya naziri Mixail Fedorov öz Telegram kanalında təsdiqləyib. Əvvəllər şirkət Rusiya istifadəçilərinin xarici blogerlərə baxışını məhdudlaşdırmışdı.

Ukrayna hərbçilərinin dediyi kimi, “Kadırovçular” əslində döyüş əməliyyatlarında iştirak etmir. Çünki onlar döyüşməyin nə olduğunu bilmirlər. Hərbi proseslərdə özünü göstərməyən bu şəxslər “TikTok”-da montaj videolarında özlərini əla göstərirlər. Amma indi onlar sevimli əyləncələrindən məhrum olacaqlar.

Bundan əvvəl Ukrayna hakimiyyəti ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını dəstəkləmək xahişi ilə Amerikanın "Apple" şirkətinə müraciət etmişdi. Burada söhbət təcavüzkar ölkənin vətəndaşları üçün “Apple Store” xidmətinin bloklanmasından gedirdi.

Fedorov bu barədə də öz Telegram kanalında məlumat verib. Yəni bundan sonra texnologiya korporasiyasının tədbirləri nəticəsində Rusiya vətəndaşları öz məhsullarını yükləyə bilməyəcəklər.

Xatırladaq ki, bir müddət əvvəl, Amerikanın ən böyük avtomobil korporasiyası General Motors (GM) dilerlərə tədarükləri dayandıracağı və işçilərini ixtisar edəcəyini bildirilmişdi. Bu, Ukraynadakı müharibəyə görə Rusiyanı birdəfəlik tərk edən ilk xarici konsern olacaq.

GM 2015-ci ildə Krımın işğalı fonunda Rusiya Federasiyasında istehsalı məhdudlaşdırmışdı. Konsern ABŞ-dan yalnız bahalı "Chevrolet" və "Cadillac" modellərini Rusiyaya tədarük edirdi. Xatırladaq ki, Rusiyada ilk üç ayda ölkədə 266 "Chevrolet" və 162 "Cadillac" satılıb.

Tərcümə: İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »