Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qərb Ukraynaya dəstəyi artırmaqla bağlı razılığa gəlib
Qərb Ukraynaya dəstəyi artırmaqla bağlı razılığa gəlib

ABŞ prezidenti Co Bayden dünya liderləri ilə görüş keçirərək Ukraynadakı hərbi cinayətləri və Rusiyanın vəhşiliyini pisləyib. Onlar həmçinin Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsi də daxil olmaqla ədalət qarşısında cavab verəcəyini vəd ediblər.

Bizimyol.info xəbər verir ki,bu barədə Kanadanın baş naziri Castin Trüdonun mətbuat xidməti məlumat yayıb. Liderlər, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanıdılqarını da dilə gətiriblər. Bayden Böyük Britaniya, Fransa, Kanada, Almaniya, İtaliya, Polşa, Rumıniya, Yaponiya, Avropa Komissiyası, Avropa Şurası və NATO liderləri ilə Ukraynadakı vəziyyətlə bağlı kollektiv səyləri və müttəfiqlərin effektiv dəstək üçün atmalı olduqları əsas addımlar barədə danışıb. Dünya liderləri etiraf edir ki, Ukraynaya onun əsas ehtiyaclarını ödəyən xüsusən də ərzaq təhlükəsizliyi və humanitar yardımla bağlı maliyyə dəstəyi göstərməyə davam etmək vacibdir. Kanadanın Baş naziri Trüdo Şimali Atlantika Alyansının gücünü və birliyini vurğulayıb. Liderlər Ukraynanın müharibənin yeni mərhələsinə qədəm qoyduğu bir vaxtda onu dəstəkləmək üçün ümumi yanaşma barədə razılığa gəliblər.

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Boris Conson dünya liderlərini Rusiyanın kütləvi hücumunu dəf etmək üçün Ukraynaya bütün lazımi hərbi yardımı göstərməyə çağırıb. Eyni zamanda kollektiv Qərb Rusiyanı suveren ölkədə müharibəni dayandırmağa məcbur etmək üçün Moskvaya qarşı sanksiyaları gücləndirməlidir.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolz Ukraynaya hərbi yardım paketi hazırlayır. Ancaq o NATO-nun münaqişəyə müdaxilə etməyəcəyi barədə xəbərdarlıq da edib. Ukrayna artıq müttəfiqlərdən bir partiya döyüş təyyarəsi alıb, lakin Vaşinqtondan ABŞ-ın bunda iştirak etmədiyi bildirilib.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »