Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşğal zonasında Rusiya hərbçiləri naməlum şəxslər tərəfindən öldürülür
İşğal zonasında Rusiya hərbçiləri naməlum şəxslər tərəfindən öldürülür

Zaporojyenin Melitopol şəhəri Rusiya qoşunlarının işğalı altında olsa da, orada Rusiya əsgərləri ölməkdə davam edir. Ehtimal olunur ki, şəhərdəki işğalçılar “ovlanır”.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç danışıb. Onun sözlərinə görə, Putin ordusunun əsgərlərinin cəsədləri müxtəlif növ xəsarətlərlə vətənlərinə aparılır.

Aleksey Arestoviç Aleksey Arestoviç

Arestoviç bildirib ki, Ukrayna kəşfiyyatı martın 20-dən aprelin 12-dək olan müddətdə 70-dən çox Rusiya hərbçisinin işğal olunmuş Melitopolda qəribə şəraitdə həlak olduğunu müəyyən edib. “İşğalçılar adətən güllə və bıçaq yaraları ilə tapılır. Yəni kimsə orada gecə patrullarını “ovlayaraq” öldürür”,- deyə Aretoviç bildirib.

Onun sözlərinə görə, əgər məlumatlar Ukraynanın Baş Kəşfiyyat İdarəsi tərəfindən təqdim edilirsə, bu o deməkdir ki, şəhərdə bu öz-özünə baş vermir. "Rusiya başqa heç nə gözləməməlidir. Əgər gəlmisinizsə, cavabınızı alacaqsınız",- deyə Aretoviç vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi naməlum vətənpərvərlərin Melitopolda işğalçıları “ovladığı” barədə məlumat yaymışdı. Bu, çox zaman gecə saatlarında, komendant saatı zamanı Rusiya əsgərlərinin gecə növbəsinə - patrula getdikləri zaman baş verir.

Hazırda Rusiyanın işğalı altında olan şəhərdə 70 işğalçı məhv edilib. Məhv edilən düşmən əsgərləri arasında “Kadırovçular”ın olduğu da deyilir. Qeyd edək ki, Ukraynalılar Melitopolda Rusiya işğalçılarına qarşı müqaviməti davam etdirir. Belə ki, aprelin 13-nə keçən gecə şəhərdə naməlum şəxslər Rusiyaya məxsus “Z” işarəsi olan hərbi maşını vurublar.

Rusiya qoşunları bu günə qədər Melitopolda dörd hərbi baza yaradıblar. Bu səbəbdən də humanitar karvanlar təxminən beş gündür şəhərə çatmır.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »