Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Blinken - Lapid və Abbas: "Zorakılıq dövrünə son qoymaq vacibdir"
Blinken - Lapid və Abbas: "Zorakılıq dövrünə son qoymaq vacibdir"

ABŞ dövlət katibi Entoni Blinken İsrailin xarici işlər naziri Yair Lapid və Fələstin Azadlıq Təşkilatı sədri Mahmud Abbasla Qüdsdəki gərginliklə bağlı danışıb.

Bizimyol.info xəbər verir ki, "Haruts Şeva"nın verdiyi məlumata görə, danışıqlar nəticəsində Blinkenin açıqlamaları ortaya çıxıb.

“Katib Entoni E.Blinken bu gün İsrailin xarici işlər naziri ilə İsrail və Fələstinin təmkin nümayiş etdirmək və gərginliyin artmasına səbəb olan hərəkətlərdən çəkinməklə İsrail, İordan çayının qərb sahili, Yerusəlimdəki Məbəd dağı ərazisi və Qəzzada zorakılıq dövrünə son qoymaq səylərinin əhəmiyyəti barədə danışıb”, - deyə Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Bundan əlavə, Blinken və Lapid İsrailin buna nail olmaq üçün atdığı addımları müzakirə ediblər. Tərəflər həmçinin İran da daxil olmaqla qlobal çağırışları müzakirə ediblər. Blinken ABŞ administrasiyasının İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini bir daha təsdiqləyib və Qəzzaya olunan son raket hücumlarını pisləyib.

Blinken Abbasla söhbətində fələstinlilərlə israillilərin gərginliyi artıran hərəkət və ritorikadan çəkinərək, zorakılıq dövrünə son qoymaq üçün çalışmalarının vacibliyini vurğulayıb.

Bundan əlavə, FAT sədri ilə söhbətində ABŞ dövlət katibi: “ABŞ-ın Fələstin xalqının həyat keyfiyyətinin nəzərəçarpacaq dərəcədə yaxşılaşmasına sadiqliyini və Amerikanın razılaşdırılmış iki dövlətli həllə dəstəyini təsdiqləyib”.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »