Britaniyanın neft-qaz şirkəti "Shell" öz işçilərinin, xüsusən də şirkətin Rusiyanın “Qazprom” şirkəti ilə birgə müəssisəsində çalışanların Rusiya Federasiyasından çıxarılması təşəbbüsü ilə çıxış edib.
Bizimyol.info xəbər verir ki. bu barədə çərşənbə günü öz mənbələrinə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, şirkət “Ukraynadakı vəziyyətə cavab olaraq Rusiyadakı investisiya fəaliyyətindən çıxmaq planları ilə irəliləməklə, “Qazprom”la birgə müəssisələrindən işçilərini geri çəkməyə başlayıb.
Bundan əlavə, agetlik mənbəyə istinadən bildirir ki, həftəsonu “Saxalin-2” neft-qaz layihəsində çalışan onlarla “Shell” əməkdaşı işdən çıxarılıb və sonradan başqa layihələrdə işləmək üçün köçürülmələr edilib.
Daha əvvəl dərc edilmiş agentliyin məlumatına görə, “Shell”in Qazprom ilə ən azı iki uzunmüddətli müqaviləsi var. Onların payına Rusiya şirkətinin hər il əsas xarici müştərilərə verdiyi qazın həcminin 1,5%-i düşür.
Fevralın 28-də “Shell” Rusiya Federasiyası ilə bütün birgə layihələrdən, o cümlədən “Şimal axını 2” (səhmlərin 10%-i) və "Saxalin-2 LNG" layihəsi (səhmlərin 27,5%-i) daxil olmaqla, digər birgə işlərdən də geri çəkildiyini elan edib. “Shell” martın 8-də: “Rusiya neft məhsulları, boru kəməri qazı və LNG-ni mərhələli şəkildə dayandırmağa başlayın”, - deyə xəbərdarlıq edib.
Şirkət spot bazarda Rusiya xam neftinin alınmasını dayandırıb və Rusiya tədarükçüləri ilə uzunmüddətli neft müqavilələrini yeniləməkdən imtina edib.
Agetliyə məlumat verən mənbə qeyd edib ki, bu, yalnız Böyük Britaniya hökumətin birbaşa göstərişi ilə edilə bilər.
Qadir, Bizimyol.info