Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada rəsmi məzənnəyə valyuta satışı yoxdur: Qara bazarda isə baha satılır
Rusiyada rəsmi məzənnəyə valyuta satışı yoxdur: Qara bazarda isə baha satılır

Putin Rusiyanın valyutasını məhv edir. Vəziyyət belədir ki, artıq rəsmən Rusiyada banklara əhaliyə valyuta satmağa icazə verilib. Buna qədər isə Rusiya hakimiyyəti dollar və avronun məzənnəsini süni şəkildə aşağı salmışdı. Amma ölkə vətəndaşları valyutadəyişmə məntəqələrinə gəlib valyuta almaq istəyəndə onlara rədd cavabı verilir.

Hazırda Rusiya Federasiyasında banklarda nağd dollar tükənib, ona görə də valyutanı yalnız qara bazarda və rəsmi qiymətdən 40 faiz yüksək məzənnə ilə almaq mümkündür. Rusiyanın hakimiyyətinin təbliğat nəşri hesab edilən “Moskovskiy Komsomolets” xəbər verir ki, onların əməkdaşları müxtəlif banklardan dollar və avro almağa cəhd ediblər. Ancaq jurnalistlərə Rusiya Federasiyasının bütün maliyyə qurumlarında imtina edilib və onlara Moskvadakı mərkəzi ofisə gəlməyi, burada nəğd valyutanın olub-olmadığını öyrənmək təklif edilib.

"Rusiya Mərkəzi Bankı yalnız tövsiyələr verib. Onları həyata keçirib-keçirməyəcəyimizə isə biz özümüz qərar veririk. Hazırda isə biz nəğd dollar almaq istəyənlərə, hətta onlar bizim daimi müştrəilərimiz olsa belə, imtina etməyə məcburuq”,- deyə banklardan birində bildirilib.

Digər bir bank isə valyutanın yalnız müştərilərə satıla biləcəyini qeyd edərək dollar satışından imtina edib. “Biz müştərilərimiz olmayan vətəndaşlara valyuta satmırıq",- deyə bildirilib.

Nəşrin məlumatına görə, hətta Rusiya Federasiyasının iri dövlət banklarında da kassalarda nağd dollar və avro yoxdur. “Hazırda bizim camaata xalqa satmaq üçün sərbəst valyutamız yoxdur”,- deyə yazıda bildirilir.

Bankların valyutadəyişmə məntəqələrində 1 dollar 100 rubla, 1 avro 110 rubla olmaq şərtilə 1000 dollara və ya 1000 avroya qədər valyuta ala bilərsiniz. Rusiya Mərkəzi Bankının hazırkı rəsmi məzənnəsi isə dollar üçün 81 rubl, Avro üçün 87 rubldur.

“Dollar əskinasları yalnız uzun müddətdir onları toplayan və hələ də ehtiyatları bölüşmək istəməyən Mərkəzi Bankın ehtiyatlarında qalıb”,- bu barədə isə Milli Tədqiqat Universiteti Ali İqtisadiyyat Məktəbinin Bankçılıq İnstitutunun direktoru Vasili Solodkov deyib.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi Rusiyaya dondurulmuş valyuta ehtiyatlarından istifadə etməklə xarici borclarını ödəməyə qadağa qoyub. Rusiya 560 milyon dollar borcunu rublla ödəməyə çalışsa da, bu ödəniş hesaba alınmayacaq. O üzdən də mayın əvvəllərində Rusiyanın rəsmən defolt elan edilməsi gözlənilir.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »