Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Putin öz yatağında ölməyəcək, taleyi artıq bəllidir"
"Putin öz yatağında ölməyəcək, taleyi artıq bəllidir"

Rusiyalı müxalifətçi, tanınmış şahmatçı Harri Kasparov Rusiya prezidenti Vladimir Putinin taleyinin artıq bəlli olduğunu deyib.

Müxalifətçinin fikrincə, Putin elə öz ətrafındakılar tərəfindən aradan götürülə bilər. Harri Kasparov həmçinin əlavə edib ki, Rusiyanın Ukraynada başlatdığı müharibəyə görə Putin cəzasız qala bilməz.

Şahmatçı bu barədə jurnalist Dmitri Qordona müsahibəsində danışıb. Kasparov hesab edir ki, Rusiya Federasiyasında vəziyyət ktirikləşdiyi zaman Putini elə öz ətrafı “aradan götürəcək”. Onun fikrincə, Putnin bütün gücü “məğlubedilməzlik və cəzasızlıq aurasına” əsaslanır.

Harri Kasparov Harri Kasparov

"O, öz yatağında  ölməyəcək. Onun taleyi artıq bəllidir. Hesab edirəm ki, ölkədə vəziyyət kritik olanda ətrafı mütləq işi ələ alacaq. Bu ehtimal digər variantlardan daha böüykdür. Putin üçün sonsuz hakimiyyətdən kənarda həyat yoxdur. Bu hakimiyyət onun yenilməzlik və cəzasızlıq aurasına əsaslanır. Ukraynadakı müharibə bu auraya son qoyacaq”,– deyə Kasparov bildirib.

Müxalifətçi hesab edir ki, Putinin taleyi də tarixdəki digər diktatorlar kimi olacaq. Bununla yanaşı, gec-tez Rusiyada dövlətçiliyin süqutu baş verəcək.

"Tarix yeni heç nə icad etməyəcək. Bu, əslində dövlətçiliyin dağılması üçün günah keçisi axtarışıdır. Bu günah keçisi isə Putin olacaq. Bu proseslərin necə baş verəcəyini bilmirəm. Amma belə olacaq. Ukrayna Putini əvvəlcə siyasi, sonra isə fiziki olaraq dəfn edəcək”,- deyə Kasparov vurğulayıb.

Xatırladaq ki, Harri Kasparov bir müddət əvvəl Rusiyaya qarşı sanksiyaların tətbiq eidləcəyindən, Ukrayna cəbhəsindəki uğursuzluqları gizlətməyin getdikcə çətinləşəcəyindən danışmışdı. Müxalifətçi bildirmişdi ki, məhz o zaman hər şey üçün Putini günahlandırmaq mümkün olacaq. Rusiya -Ukrayna cəbhəsində vəziyyət pisləşdikcə Rusiya ordusunun Putinin hakimiyyətdən uzaqlaşdırılması və ya fiziki olaraq məhv edilməsi ehtimalı artacaq.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »