"COVID-19"la mübarizənin keçmiş koordinatoru, koronavirusla mübarizədə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasına və qapalı yerlərdə maskaların məcburi taxılmasının ləğvinə çağırıb.
Bizimyol.info xəbər verir ki, Təl-Əvivdəki İçilov Xəstəxanasının direktoru, professor Roni Qamzo bu barədə mövqeyini bildirib.
“Xaricdə olmuş bir çox israilli, pandemiyanın praktiki olaraq orada yox olmasına heyrətlənir. İsraildə məhdudiyyətləri aradan qaldırmağın, maskaları çıxarmağın vaxtı oluğunu bildirir. Hətta qapalı yerlərdə, bəlkə də məktəblərdə - hər yerdə bundan imtina etmək lazımdır. Çünki bu gün koronavirus əvvəlki kimi təhlükəli deyil”, - deyə Qamzo qeyd edib.
Qamzo əlavə edib ki, əksər ölkələrdə insana peyvənd edilib-edilməməsi artıq onları maraqlandırmır, “yaşıl standart”, PCR və antigen testləri ləğv edilib.
Qamzo iddia edir ki, İsrailin girişində PCR testləri, eləcə də on minlərlə sağlam insanın karantin tətbiqi ləğv edilməlidir.
Qadir, Bizimyol.info
P.S. Koronovirusun azalan istiqamətə gedən statistikası baxımından professoru haqlı saymaq olar. Nəzərə alsaq ki, havaların istiləşməsi maska ilə hərəkət etməyi daha da çətinləşdirəcək. Amma bir həqiqət də var ki, bu xəstəlik asanlıqla əl çəkmək istəmir. Bir neçə gün əvvəl Çində etibarən "COVID-19" virusuna yerli yoluxma hallarının çoxalması səbəbindən Şencen şəhərində qapanma elan edilib. Orada vəziyyətin ağır olduğu bildirilir.
Hər halda maskadan imtina edəcəyiksə, bu müvəqqəti olmamalıdır. Təkrar məcburiyyət isə insanlarda psixoloji gərginliyə səbəb ola bilər.