Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin: Nə olursa olsun, Rusiya ilə əməkdaşlığı gücləndirəcəyik
Çin: Nə olursa olsun, Rusiya ilə əməkdaşlığı gücləndirəcəyik

Çin xarici işlər nazirinin müavini Le Yuçenq “nə olursa olsun, Rusiya ilə strateji əməkdaşlığı gücləndirəcəklərini” bəyan edib.

Bizimyol.info xəbər verir ki, nazirlikdən verilən məlumata görə, Le Rusiyanın Pekindəki səfiri Andrey İvanoviç Denisov ilə iki ölkə arasındakı əlaqələr, regional və qlobal hadisələrlə bağlı görüş keçirib.

Çin sədri Si Tsinpin və Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi altında Çin və Rusiyanın yeni dövr üçün hərtərəfli strateji koordinasiya ortaqlığını inkişaf etdirməyə davam etdiyini vurğulayan Le, bu əməkdaşlığı müxtəlif sahələrdə dərinləşdirməyə davam etdiklərini qeyd edib.

İki ölkə arasındakı əlaqələrin əhəmiyyətinə işarə edən Le, “Beynəlxalq siyasət nə qədər dəyişsə də, Çin hər iki ölkənin maraqlarına xidmət edən qarşılıqlı, əhəmiyyətli əməkdaşlıq və bəşəriyyətin gələcəyi üçün Rusiya ilə strateji koordinasiyanı gücləndirəcək. O, bundan sonra da iki ölkənin ümumi maraqlarını birgə müdafiə edəcəklərini bildirib. Qeyd edib ki, ölkəsi yeni beynəlxalq münasibətlərin və ümumi cəmiyyətin qurulmasına kömək edəcək.

Denisov, həmçinin Rusiyanın Çin ilə münasibətlərin inkişafını həmişə diplomatik prioritet hesab etdiyini və iki dövlət başçısının müəyyən etdiyi istiqamətdə hərtərəfli strateji koordinasiyanı və çoxşaxəli praktiki əməkdaşlığı beynəlxalq bərabərlik və ədalətli münasibətlər çərçivəsində daha da dərinləşdirməyə hazır olduqlarını bildirib.

Tərəflər Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasından ibarət BRİKS qrupu Ukraynadakı vəziyyət və digər beynəlxalq və regional məsələlər, eləcə də Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində Çin-Rusiya əməkdaşlığının dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »