Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynaya əlavə döyüş təyyarələri gəlib, amma ABŞ-dan deyil
Ukraynaya əlavə döyüş təyyarələri gəlib, amma ABŞ-dan deyil

Ukrayna bu yaxınlarda hərbi yardım kimi əlavə təyyarələr alıb, lakin ABŞ-dan deyil.

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlər üçün keçirdiyi brifinqdə Pentaqonun sözçüsü Con Kirbi bildirib.

“Onlar əlavə təyyarələr və ehtiyat hissələr alıblar ki, bu da daha çox təyyarədən istifadə imkanı yaradır”,– Kirbi bildirib. O, təyyarələrin ABŞ tərəfindən göndərilmədiyinə aydınlıq gətirib və qeyd edib ki, "başqa ölkələrin nə təmin etdiyi ilə bağlı təfərrüatları açıqlamayacaq".

Kirbinin sözlərinə görə, hazırda Kiyev “iki həftə əvvəlkindən daha çox operativ döyüş təyyarəsinə” malikdir: "Biz əlbəttə ki, əlavə hissələrin daşınmasını asanlaşdırdıq ki, bu da onların aviasiya ehtiyacları baxımından kömək etdi. Lakin biz bütün təyyarələri göndərmədik",- Pentaqonun sözçüsü bildirib.

Kirbi bildirib ki, Vaşinqton Amerika haubitsalarının yaxın günlərdə Ukraynaya çatdırılacağını da deyib.

“Haubitsalara gəlincə, düşünürəm ki, tezliklə onların çatdırılacağını görəcəksiniz. Bu gün çatdırılma ilə bağlı deyəcək yeni heç nə yoxdur, amma düşünürəm ki, çox yaxında onların, eləcə də onlar üçün döyüş sursatı aparılacağını görəcəksiniz. Bu, bir neçə gün çəkə bilər və eyni şey döyüş sursatı üçün də keçərlidir”,- deyə o bildirib.

Kirbidən Amerika tərəfinin Kiyevi əlavə haubitsa mərmiləri ilə təmin edə biləcəyini də soruşublar. “Bu gün gələcək tədarüklər haqqında heç nə deməsəm də, düşünürəm ki, gələcəkdə 155 mm-lik haubitsalar üçün əlavə mərmilərə ehtiyac yaranarsa, güman etmək olar. ABŞ onları çatdırmaq üçün mümkün olan hər şeyi edəcək”,- Pentaqonun sözçüsü bildirib.

Bazar ertəsi Kirbi bildirib ki, Birləşmiş Ştatlar tezliklə Ukrayna əsgərlərinə Amerika haubitsalarından istifadə etmək üçün təlim keçirməyə başlayacaq. Onun sözlərinə görə, söhbət amerikalı təlimatçılar tərəfindən təlim keçəcək və daha sonra Ukrayna Silahlı Qüvvələrində başqalarına təlim keçəcək “az sayda ukraynalılardan” gedir.

ABŞ prezidenti Co Baydenin aprelin 13-də elan etdiyi kimi, Vaşinqton Kiyevə daha 800 milyon dollar məbləğində hərbi yardım göstərəcək, o cümlədən 11 "Mi-17" helikopteri, 200 zirehli transportyor, 18 155 mm-lik haubitsa və 40 min artilleriya mərmisi, həmçinin 300 "Switchblade" mərmilər, "Javelin" tank əleyhinə sistemlər üçün 500 raket və minlərlə digər tank əleyhinə sistemlər. Amerika haubitsaları ilk dəfə Ukraynaya təhvil veriləcək. Bu hərbi texnika arasında Amerika tərəfinin də etiraf etdiyi kimi, istifadəsi Ukrayna hərbçilərinin əlavə təlimini tələb edən sistemlər olacaq.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »