Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya: "Rusiyanın qalib gəlməsinə imkan vermək olmaz"
Almaniya: "Rusiyanın qalib gəlməsinə imkan vermək olmaz"

Almaniya kansleri Olaf Şolz Rusiya ordusunun Ukraynada qələbəsinin qarşısını almağa çağırıb.

Bizimyol.info xəbər verir ki, o, bu barədə çərşənbə axşamı Qərb ölkələrinin liderləri ilə videokonfransdan sonra keçirilən mətbuat konfransında bildirib.

Danışıqlarda ABŞ prezidentləri Co Bayden, Polşadan Anjey Duda, Fransadan Emmanuel Makron, Rumıniyadan Klaus İohannis, Böyük Britaniyanın baş nazirləri Boris Conson, Yaponiyadan Fumio Kişida, İtaliyadan Mario Draqi, habelə Avropa Şurasının sədri Çarlz Mişel, NATO katibi General Yens Stoltenberq və AK prezidenti Ursula fon der Leyen iştirak ediblər.

Almaniya kansleri Şolz bildirib ki, Rusiyanın Ukraynaya qalib gəlməsinə imkan vermək olmaz. “Avropa İttifaqı və NATO-dakı tərəfdaşlarımızla birlikdə Rusiyanın bu müharibədə qalib gəlməməsi fikrində tamamilə yekdilik”,- Şolz bildirib. Kansler birbaşa Rusiya prezidenti Vladimir Putinə bu sözlərlə müraciət edib: “Ukrayna şəhərlərini atəşə tutmağı dayandırın. İcazə verin, dərhal atəşkəs elan edilsin və əsgərlərinizi geri çəkin. Bu dəhşətli müharibəni dayandırın”.

Şolz Rusiyanın Ukraynadakı əməliyyatını "mənasız müharibə" və "beynəlxalq hüququn açıq şəkildə pozulması" adlandırıb. O, hesab edir ki, Moskva bu vəziyyətdə Qərbin birliyi ilə hesablaşmayıb. "Sərhədlərin toxunulmazlığı və dövlətlərin ərazi bütövlüyü Avropanın təhlükəsizlik nizamının əsas prinsipidir",- deyə kansler vurğulayıb.

Fevralın 24-də Rusiya Federasiyasının prezidenti Vladimir Putin "Donbass respublikaları"nın rəhbərlərinin yardım xahişinə cavab olaraq “xüsusi hərbi əməliyyat” elan edib. Bundan sonra ABŞ, Aİ, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib. Rusiya ordusu Ukraynada əsasən dinc yaşayış məskənlərini hədəfə alır ki, bunun da nəticəsində dinc əhali arasında böyük itkilər var..

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »