Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiyadan qovulan rus diplomatlar Tokionu tərk edirlər
Yaponiyadan qovulan rus diplomatlar Tokionu tərk edirlər

Yaponiya Xarici İşlər Nazirliyi tərəfindən daha əvvəl qovulması elan edilmiş Rusiyanın Yaponiyadakı səfirliyi və ticarət missiyasının əməkdaşları çərşənbə günü Tokionu tərk edirlər.

Bizimyol.info "TASS"a istinadən xəbər verir ki, onlarla avtobus “vida” yürüşü ilə səfirliyin ərazisindən çıxıb və Haneda hava limanına doğru yola düşüb.

Diplomatlar və onların ailə üzvləri xüsusi reyslə Rusiyaya qayıdacaqlar. Uçuş yaxın bir neçə saat ərzində baş tutacaq.

Rusiyanın Tokiodakı səfiri Mixail Qaluzin çərşənbə günü jurnalistlərə bildirib ki, Rusiya diplomatların ölkədən çıxarılması ilə bağlı cavab tədbirləri görəcək. “Biz sadəcə olaraq, Yaponiya tərəfinin qeyri-dostcasına, siyasiləşdirilmiş qərarına görə Tokioda işlərini vaxtından əvvəl dayandırmaq məcburiyyətində qalan yoldaşlarımıza vətənə, Moskvaya xoş səyahət arzuladıq. Biz onlara yüksək peşəkarlıq, səmərəli və fədakar işlərinə görə ürəkdən təşəkkür etdik. Əmin olduğumuzu bildirdik ki, onların diplomatik karyeralarının uğurlu davamı olcaq”, - deyə o bildirib.

Qaluzin sözlərinə görə, Yaponiyanın diplomatları qovmaq qərarı Rusiya-Yaponiya münasibətləri üçün uğrsuzluqdur: “Çətin beynəlxalq vəziyyətdə aktiv, daimi və peşəkar diplomatik ünsiyyətə ehtiyac var. Amma təəssüf ki, Yaponiya tərəfi öz addımı ilə belə bir dialoqun imkanlarını süni şəkildə daraldır. Kremil tərəfindən cavab tədbirləri görüləcək”, - deyə səfir yekunlaşdırıb.

Aprelin əvvəlində Yaponiya Ukrayna ətrafındakı vəziyyət və Rusiya Federasiyasının davam edən "xüsusi hərbi əməliyyat"ı ilə əlaqədar Rusiya səfirliyinin və ticarət missiyasının 8 əməkdaşının ölkədən çıxarılması barədə qərar verib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "TASS"a bildirib ki, Moskva bu qərara Tokioya “uyğun cavab” verəcək. Rusiyanın Yaponiyadakı səfiri də öz növbəsində bəyan edib ki, Tokionun Rusiya-Yaponiya münasibətlərini pozmağa yönəlmiş hərəkətləri qəbuledilməzdir.

O, Yaponiya xarici işlər nazirinin müavini Takeo Morinin diplomatların ölkədən çıxarılması qərarı ilə bağlı etirazını da çatdırıb.

Yaponiyada indiyədək yalnız üç diplomat persona non-qrata kimi tanınıb. 1973-cü ildə müxalif siyasətçi, sonradan prezident olan Kim Dae-Junqun oğurlanmasında əli olan Cənubi Koreyalı diplomat ölkədən qovulub. 2006-cı ildə Yakuza mafiyası ilə birlikdə yeraltı kazino təşkil edən Fil Dişi Sahili səfirliyinin əməkdaşı qovulmuşdu.

Bundan əlavə, 2012-ci ildə Yaponiya Suriya səfirini persona non-qrata elan edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »