“Regionda artıq müharibədən yox, sülh, sabitlik və əməkdaşlıqdan danışmağın vaxtıdır”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili ilə mətbuata birgə bəyanatında deyib.
Onun sözlərinə görə, post-münaqişə dövründə regionda artıq yeni reallıq və yeni əməkdaşlıq imkanları yaranıb: “Bu imkanların reallaşdırılması regionda sülhə, sabitliyə və təhlükəsizliyə töhfə verəcəkdir. Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılması üçün 5 prinsipdən ibarət təklif verib. Aprelin 6-da Brüsseldə keçirilmiş son görüş zamanı aparılan müzakirələr göstərdi ki, Ermənistan tərəfi bu təklifə m