Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kanada Rusiyaya qarşı sanksiya siyahısına daha 14 şəxsi daxil edib
Kanada Rusiyaya qarşı sanksiya siyahısına daha 14 şəxsi daxil edib

Kanada Rusiyaya qarşı sanksiya siyahısına daha 14 şəxsi daxil edib.

"Report" xəbər verir ki, bu barədə Kanada hökumətinin saytında Ukraynadakı vəziyyətlə əlaqədar dərc edilmiş sənəddə deyilir.

Siyahıda Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina, iş adamları Mixail Fridman və Petr Aven də var.

Qeyd edilir ki, sanksiya siyahılarına daxil olmaq Kanadadakı mümkün aktivlərin dondurulması və ölkəyə girişin qadağan edilməsi deməkdir.

Bundan əvvəl Kanada 33 rusiyalı sahibkara qarşı sanksiya tətbiq edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »