Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail HHQ-i Qəzza zolağında HƏMAS-ın obyektlərinə hücum edib
İsrail HHQ-i Qəzza zolağında HƏMAS-ın obyektlərinə hücum edib
Aprelin 19-na keçən gecə İsrail Hərbi Hava Qüvvələrinin aviasiyası Qəzza zolağında HƏMAS terror təşkilatının bir neçə hədəfinə hücum edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələri mətbuat xidməti məlumat verib.

Məlumatda bildirilir ki, Zərbələr İsrail ərazisinə raket hücumlarına cavab olaraq həyata keçirilib, o cümlədən, silah istehsalı müəssisəsinin binası dağıdılıb.

Qəzzada ofisi olan Safa xəbər agentliyi bildirir ki, İsrail Hərbi Hava Qüvvələri gecə saat 1:35 radələrində Xan Yunisin qərbində, sektorun cənubundakı hədəflərə hücum edib.

Xüsusilə, Əl-Qadisiya obyektinə ən azı 6 raket atılıb”, - məlumatda deyilir.

HƏMAS-ın “Fələstin İnformasiya Mərkəzi” bildirir ki, əvvəlcə pilotsuz təyyarə əl-Qadisiyyə obyektinə iki raket atıb, daha sonra isə İsrail qırıcıları tərəfindən daha dörd raket atılıb.

Həmçinin bildirilir ki, İzzəddin əl-Qəsam Briqadalarının (HƏMAS-ın hərbi qanadı) yaraqlıları İsrail təyyarələrini yer-hava raketləri ilə vurublar.

Mövcud məlumatlara əsasən, təyyarələrə zərər dəyməyib.

Aprelin 18-də saat 20:22-də Eşkol rayonunun yaşayış məntəqələrində raket hücumları barədə erkən xəbərdarlıq sisteminin həyəcan siqnalı verilib. Sərhəd bölgəsinin sakinləri bir neçə partlayış səsi eşidiblər. İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bildirib ki, Qəzza zolağından bir raket buraxılışı qeydə alınıb, o, “Dəmir günbəz” raketdən müdafiə sistemi tərəfindən vurulub.

Bu, son yeddi ayda Qəzza zolağından İsrailə edilən ilk raket hücumu idi.

2007-ci ildən bu sektora nəzarət edən HƏMAS olduğu üçün İsrail Qəzzadan gələn istənilən düşmənçilik hərəkətlərinə görə HƏMAS-ı məsuliyyət daşıyır.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »