Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kirayə kəskin bahalaşacaq: Hökumət də "payını" istəyir - cərimələr başlayıb
Kirayə kəskin bahalaşacaq: Hökumət də "payını" istəyir - cərimələr başlayıb

Mənzilini kirayə verənlərin böyük əksəri gəlirdən vergi ödəməməyə çalışır. Vergi Məcəlləsinin 101.2-ci maddəsinə görə, qeyri-sahibkarlıq fəaliyyəti üzrə gəlirdən 14 faiz dərəcə ilə vergi tutulmalıdır. Bunun üçün əvvəlcə VÖEN açdırmaq lazımdır. Prosedura əməl olunmaması halında mənzil sahibi 40 manat cərimə olunmalıdır.

Bizimyol.info xəbər verir ki, hər şeydən əvvəl ev sahibi ilə kirayənişin arasında kirayə müqaviləsi bağlanmalıdır. Sosial mediada hüquqşünaslara müraciət edən Bakı sakini Arzu Aydın 3 min manat cərimə olunması barədə yazıb. Onun iddiasına görə, vergi orqanlarının əməkdaşları kirayənişinin həmin mənzilə qeydiyyata salınmamasını əsas gətirib.

İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsinə görə, vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq olunur və ya 30 manat məbləğində cərimə edilir. Hüquqşünaslar Bakı sakininin yazısının rəy bölümündə kirayənişinin yaşadığı yeri 15 gündən çox müddətə dəyişdiyi halda belə davranmalı olduğunu qeyd edib.

Rəylərdən anlaşılır ki, xüsusilə paytaxtda vergi orqanlarının əməkdaşları reydlər keçirməyə başlayıb. Kirayə müqaviləsi bağlamayan mənzil sahibləri bir-birinin ardınca cərimə olunurlar. Böyük məbləğdə cərimə olunduğunu iddia edən şəxs niyə belə halla qarşılaşdığını anlamadığını yazıb. Çünki qanunvericilik 3 min manat cəriməni nəzərdə tutmur. Hüquqşünaslardan birinin ehtimalına görə, vergi orqanlarının əməkdaşları kirayənişindən həmin mənzildə hansı dövrdən yaşadığını dəqiqləşdirib. Beləcə, ortaya böyük cərimə məbləği çıxıb.

Rəy bölümündə mənzil sahibi çox qınanılıb. Sosial media istifadəçilərinin fikrincə, qanuna əməl etmək ən doğrusudur. Ceyran Abbasova yazıb ki, axtarışda olanları qeydiyyat məsələsindəki boşluğa görə tapmaq çətin olur: “Buna baxmayaraq, 3 min manat cərimə də absurddur”.

Yazılanlardan məlum olur ki, mənzil sahibləri vergi ödəməmək üçün kirayənişindən vergi orqanlarının əməkdaşlarına qohum evində qaldıqlarını deməsini istəyir. Amma qonşularla söhbət zamanı həqiqət üzə çıxır.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »