Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Psixoterapevt Putinin xəstəliyi barədə: “Beynindəki səslər daha real olacaq”
Psixoterapevt Putinin xəstəliyi barədə: “Beynindəki səslər daha real olacaq”

Son vaxtlar kəskin paranoidal simptomlar nümayiş etdirən Rusiya prezidenti Vladimir Putin pandemiyanın başlanğıcından bəri özünü təcrid edib, bəzən oxşarlarından istifadə edir və bütün yeməkləri əvvəlcədən təhlükəsizlik komandası tərəfindən yoxlanılır.

Psixoterapevt Noel MakDermott deyir ki, pandemiyanın başlanğıcından bəri Putinin demək olar ki, bütün təmaslardan qaçmaq qərarı onda "psixoz əlamətləri və şəxsiyyət pozğunluğu"na gətirib çıxarıb. O, 2020-ci ilin mart ayından bəri özünü təcrid edib, yalnız arabir çıxışlar edir.

MakDermott İngiltərənin “Express” nəşrinə bildirib ki, bu, "geri dönüşü olmayan" nəticələrə səbəb ola bilər. Ekspert hesab edir ki, tam özünütəcriddən yaranan psixi pozuntular onun Ukraynanı işğal etmək qərarında bir amil ola bilər.

Putinin hazırda potensial hücumlardan qorunmaq üçün nəhəng yeraltı şəhərdə yaşadığı iddia edilir. Düşmənlərindən ehtiyatlanan Putin nəhəng nüvə bunkerinə çəkilib. O, psixoz davranış əlamətləri nümayiş etdirir. Noel MakDermott deyir ki, görünür, Putində paranoyya əlamətləri var: "Putin pandemiyanın əvvəlindən özünü təcrid edib və hətta bu vaxta qədər ətrafındakı insanlardan da təcrid olunub. Hələ də fiziki olaraq təcrid şəraitindədir. Onun davranışı tamamilə antisosialdır və şəxsiyyət pozğunluğu olan bir insana aid davranış tərzidir. Bu davranış ya onun həddən artıq qorxduğunu, ya da paranoik olduğunu göstərir. Kimisə həbsxanada cəzalandırmağın yollarından biri onu təcrid etməkdir və insanlar təcridin nə qədər zərərli olduğunu başa düşmürlər. Bu, qarşısıalınmaz psixoloji zədəyə səbəb olacaq. Putinin beynindəki səslər çox güman ki, daha real olacaq”.

Bir müddət əvvəl “R.Politik” siyasi təhlil firmasından Tatyana Stanovaya demişdi: “Son iki il ərzində Putin özünə qapanıb. O, idarəetmə elitasından da uzaqlaşıb. O, vaxtının çoxunu öz qorxuları və düşüncələri ilə təkbaşına keçirir."

Professor Valeri Solovey isə Rusiya prezidenti və ölkənin müdafiə nazirinin Uralın şərqindəki “100 min insanı yerləşdirə biləcək” nəhəng nüvə bunkerinə çəkildiyini bildirmişdi. O, həmçinin Putinin bu il ərzində siyasətdən getməyə məcbur olacağı ilə bağlı proqnozunu bir daha təkrarlayıb. Kremldə yüksək səviyyəli daxili mənbələrə yaxın olduğunu iddia edən Solovey uzun müddətdir ki, Putinin xərçəng və digər xəstəliklərdən əziyyət çəkdiyini iddia edib: “Mən onun varlığının sona gələcəyini demədim, bunlar başqa şeylərdir. Mən dedim ki, o, 2022-ci ilin sonunda siyasətdə olmayacaq və bildiyim qədəri ilə bu mövzuda heç nə dəyişməyib”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »