Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pentaqon Rusiyanın yeni hücuma başladığına şübhə edir
Pentaqon Rusiyanın yeni hücuma başladığına şübhə edir

Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsinin başladığını rəsmən elan etsə də, “The New York Times”a müsahibə verən analitiklər Rusiya qüvvələrinin Donbas bölgəsinə genişmiqyaslı hücumunun başladığına şübhə edirlər.

Bizimyol.info xəbər verir ki, məqalədə Rusiyanın Ukraynanın şərqinə silah ötürməkdə və ehtiyatlarını yığmaqda davam etdiyi qeyd eidlib.

"Biz hələ də inanırıq ki, müşahidə etdiklərimiz əməliyyatın bir hissəsidir. Rusiya sonunda uğur olacağına inandığı üçün daha çox qüvvə cəlb etməklə, daha çox dəstək əlavə etməklə, daha çox komanda gətirməklə şərait yaratmağa davam edir”,- deyə Pentaqonun sözçüsü Con Kirbi bildirib.

Xatırladaq ki, ötən gün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Rusiyanın Ukraynanın şərqinə hücumunun yeni mərhələsinin başlandığını təsdiqləyib.

Son məlumatlara görə, Belarusun cənubundan Kiyev vilayətinə, Sumı vilayətinə və Çerniqov vilayətinə uğursuz hücumdan sonra məğlub olan Rusiya qoşunları ilkin mövqelərinə çəkiləərk yenidən qruplaşmaq məcburiyyətində qalıb.

Qeyd edilir ki, Rusiya Federasiyasının əsas səyləri Donetsk və Luqansk vilayətlərinin ərazisi üzərində tam nəzarətin yaradılmasına və əvvəllər işğal olunmuş ərazilərin saxlanmasına yönəlib.

Eyni zamanda Mariupolun blokadası və atəşə tutulması, eləcə də Rusiyanın digər şəhərlərə raket hücumları davam edir. Ukrayna rəsmisinin sözlərinə görə, ötən gün müharibənin yeni mərhələsi başlayıb. Belə ki, Donetsk, Luqansk və Xarkov vilayətlərinin bütün cəbhə xətti boyunca Rusiya qoşunları Ukrayna müdafiəsini yarıb keçməyə cəhd ediblər.

Müharibənin yeni mərhələsinin başlanması ilə əlaqədar Ukrayna rəhbərliyi avropalı tərəfdaşları və ABŞ-ı Ukrayna Silahlı Qüvvələrini təkcə azad ərazilərin effektiv müdafiəsi üçün deyil, həm də işğal olunmuş ərazilərin azad edilməsi üçün zəruri olan təcili ağır hücum silahları ilə təmin etməyə çağırıb.

Pentaqon hücumun başladığına şübhə etsə də, Hindistanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov da şərq cəbhəsində hücumun başladığını təsdiqləyib.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »