Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya Rusiyaya “cəhənnəm” yaşadacaq “Stormer”i Ukraynaya göndərir - Foto
Britaniya Rusiyaya “cəhənnəm” yaşadacaq “Stormer”i Ukraynaya göndərir - Foto

Britaniya tezliklə Ukraynaya "Stormer HVM" zirehli raket buraxılış sistemləri göndərəcək.

Bizimyol.info xəbər verir ki, nu barədə “The Sun” Müdafiə Nazirliyindəki məlumatlı mənbələrə istinadən məlumat yayıb.

İki həftə əvvəl Böyük Britaniyanın Müdafiə Nazirliyi Solsberidə keçirilən sərgidə ukraynalı həmkarları üçün “Stormer” buraxılış qurğusunu nümayiş etdirib. "Stormer BAE Systems" tərəfindən istehsal olunur və onu idarə etmək üçün yalnız üç nəfər (komandir, sürücü və topçu) bir də, "Starstreak" raketləri tələb olunur. Bu raketlər düşmənin alçaqdan uçan təyyarələrini və helikopterlərini vura bilir.

Mütəxəssislər onları Qərb dövləti tərəfindən indiyə qədər göndərilmiş "ən yaxşı dəst" adlandırırlar. 13 tonluq yüksək texnologiyalı buraxılış qurğuları bir neçə gün ərzində yüklənib Ukraynaya göndərilə bilər.

"Heç kimə sirr deyil ki, Britaniya Ukraynaya zenit imkanları ilə kömək edəcəyinə söz verib. Müdafiə naziri bu həftə parlamentdə bəyanatla çıxış edəcək", - mənbə bildirib.

Əfqanıstandakı Britaniya qüvvələrinin keçmiş komandanı Riçard Kemp deyib ki, "Stormer/Starstreak" kombinasiyası Putin ordusuna ağır itkilər verdirəcək və Ukraynanın döyüş qabiliyyətini gücləndirəcək.

“Bu, Putinin hərbi hava qüvvələrinin aşağı hündürlükdən zərbə endirən istənilən texnikasına ciddi ziyan vuracaq son dərəcə səmərəli, yüksək mobil döyüş maşınıdır. Rusiya ordusuna “cəhənnəm” yaşadacaq silahdır”, - deyə hərbçilər bildirib.

Bir gün əvvəl, aprelin 18-də Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Rusiyanın Ukraynanın şərqinə hücumunun yeni mərhələsinin başlandığını təsdiqləyib: "Aprelin 19-na keçən gecə və səhər saatlarında Rusiya qüvvələri Luqansk və Donetsk vilayətlərində müdafiə sistemimizi yarmağa cəmləşib. Həmçinin, işğalçıların planlarına Mariupol üzərində tam nəzarət də daxildir", - deyə o qeyd edib.

"Stormer HVM" zirehli raket buraxılış sistemi "Stormer HVM" zirehli raket buraxılış sistemi

Ukrayna rəhbərliyi minlərlə düşmən qoşununun hücumunu dayandırmaq və Rusiyanın işğal etdiyi ərazilərə əks hücuma keçmək üçün ağır silahların tədarükünün zəruriliyini dəfələrlə vurğulayıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »