Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bir azdan Rusiyanın Çin mallarını almağa da pulu qalmayacaq"
"Bir azdan Rusiyanın Çin mallarını almağa da pulu qalmayacaq"

“Avropa İttifaqı Rusiyadan gələn qaz və neftdən tamamilə imtina edə bilər. Nəticədə Rusiya Federasiyası büdcəsində hətta Çin mallarını almaq üçün də vəsait qalmayacaq. Bununla yanaşı, heç bir ölkə ikinci dərəcəli sanksiyalara məruz qalmaq istəmir. Bu səbəbdən də onlar Rusiya ilə əməkdaşlığı davam etdirməyəcəklər”.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiyanın tanınmış iqtisadçı eksperti Dmitri Potapenko jurnalist Maykl Nakiyə müsahibəsində danışıb. O, qeyd edib ki, Avropa İttifaqı sürətli addımlarla karbohidrogen alışını azaltmağa doğru irəliləyir. “Biz onları təhrik etmişik ki, getdikcə daha az alsınlar”,- deyən ekspertin fikrincə, Rusiyanın enerji resurslarından tamamilə imtina etmək üçün iki il lazımdır.

"Çindən nəsə alacağıq deyəndə isə nəzərə almaq lazımdır ki, biz kiçik regional güc olaraq yalnız bəzi əmtəə paylama zəncirlərinə inteqrasiya edə bilərik. Yalnız bu halda nə isə əldə edə bilərik",- Potapenko əlavə edib.

İqtisadçının sözlərinə görə, keçən ay qaz və neft üzrə ödənişlər 46 faiz azalıb. Eyni zamanda o hesab edir ki, Rusiya Federasiyasından qaz asılılığına düşdükləri üçün Avropanın özü günahkardır. İndi isə Rusiyanın mavi yanacağından qurtulmaq üçün bir neçə il lazımdır.

Ekspertin fikrincə, 2008-ci ildə Rusiyanın Gürcüstana hücumundan sonra geri addım atıla bilərdi. “Onlar iki ilə neft və qaz asılılığından qurtulacaqlar. Kim günahkardır? Nə üçün bu üç klik (SWIFT-i söndürmək, borc bazarlarına məhdudiyyətlər və enerji embarqosu) hələ 2008-ci ildə edilməmişdi? Rusiyalı məmurlar özləri üçün Rusiyanın bir şəklini, avropalı məmurlar da Rusiyanın mifoloji mənzərəsini çəkiblər. Öz başa düşəcəkləri çərçivədə planlar çəkirlər və bu və ya digər planın yalan olduğu ortaya çıxır”,- deyə o əlavə edib.

Xatırladaq ki, Rusiya mayın 4-də defoltda olan ölkə kimi tanına bilər. Bununla yanaşı, qeyd etmək lazımdır ki, hərbi əməliyyatların intensivləşməsi şəraitində Rusiya hər gün təxminən 20 milyard dollar itirir. Bu amillərin cəmi isə Rusiyanın uzun müddətli müharibə apara bilməyəcəyindən xəbər verir.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »