Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyanın Moldovaya hücum etməyə gücü qalmayıb"
"Rusiyanın Moldovaya hücum etməyə gücü qalmayıb"

Rusiyada elə bir dəniz piyada briqadası qalmayıb ki, Ukraynaya qarşı müharibədə itki verməsin.

Bu isə “xüsusi əməliyyat”ın Rusiya ordusunun döyüş qabiliyyətini xeyli aşağı saldığının göstəricisidr.

Bizimyol.info xəbər verir ki, bu barədə “Conflict Intelligence Team” qrupunun analitiklərinin 16-17 aprel tarixlərində hazırladığı hesabatda deyilir. Hesabatda Rusiya Federasiyasının Dəniz Piyadaları Korpusunun 61-ci briqadasının dəniz piyadalarının ölümü barədə qeyd yer alıb. Bildirilib ki, Rusiya Qoşunlarının bütün briqadalarında itkiləri var. Bununla yanaşı, ekspertlər vurğulayıb ki, dəniz piyadaları Rusiyanın ən yüksək döyüş hazırlığı olan və yaxşı təlim keçmiş bölmələrindən biridir.

"Moldovaya gözlənilən hücumun mümkünlüyü ilə bağlı şayiələr fonunda bu itkilərin olması Moldovaya, Polşaya və ya Baltikyanı ölkələrə hücum etmək üçün Rusiyanın heç bir gücünün qalmaması deməkdir”,- deyə hesabtda qeyd edilib.

Həmçinin bildirilib ki, Kreml Ukraynadakı itkilərin ümumi sayını aşağı salır. Bu isə generalların məsuliyyətdən qorxduqları üçün hesabatlarında siyasətçilərə səhv rəqəmlər verməsi ehtimalını irəli sürür.

“Onlar Federal Təhlükəsizlik Xidmətinin general-polkovniki Sergey Besedanın taleyini yaşamaq istəmədikləri və mayın 9-na kimi sürətli qələbə məqsədilə bütün gücləri Donbasda cəmləmək üçün Kiyev və Çerniqov istiqamətlərindən müvəqqəti geri çəkilmə barədə hər hansı məlumat vermək istəmirlər”,- deyə hesabtda bildirilib.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun hərbçilərinin qohumları ilə olan telefon danışığı barədə məlumat vermişdi. Hərbçi qohumlarına Nikolayev vilayətində Ukrayna əsgərlərinin Rusiya ordusunu sarsıdıcı itkilərə məruz qoyduğunu, bəzi bölmələrin şəxsi heyətinin 70 faizdən çoxunun məhv olduğunu etiraf edib. “Demək olar ki, az qalmışıq”,- deyə o, bildirmişdi.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »