Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ukrayna qələbə çalmalıdır.., Rusiya vicdanlı döyüş üsullarını unudub"
"Ukrayna qələbə çalmalıdır.., Rusiya vicdanlı döyüş üsullarını unudub"

Sovet diktatoru İosif Stalin öz kəndlərində və şəhərlərində qırmızı hakimiyyətə boyun əymək istəməyən ukraynalılara qarşı dəhşətli, soyuq, qeyri-insani üsul tətbiq edirdi.

Ukraynların məhsulları əllərindən alınmağa başladı. Bu zaman süni aclıq yarandı, bu isə kütləvi ölümlərə və digər amansız fəsadlarla nəticələndi. İndi isə, Putin bu prosesi davam etdirir. O ərzaq anbarlarını, su borularını və ölkə əhalisinin qidalanması üçün vacib olan infrastukturu bombalamaq əmri verir. Yəni tarix təkrarlanır.

Bizimyol.info xəbər verir ki, Böyük Britaniyalı tarixçi və köşə yazarı Dominik Sandbrook “The Daily Mail” qəzetinin köşə yazısında Ukraynaya humanitar böhrandan çıxmağa kömək etməyin vacib olduğunu qeyd edib.

Onun fikrincə, Rusiyanın Ukraynaya qarşı müharibəsinin indiki mərhələsində hər gün Rusiya Ukraynanın dinc əhalisinə münasibəti ilə bağlı yeni sərt faktlar ortaya qoyur. Rusiya vicdanlı döyüş üsullarını unudub, məktəbləri, taxıl və digər məhsullar olan anbarları atəşə tutur, kənd texnikasını Rusiyaya oğurlayırlar.

Tarixçi bildirib ki, Stalin süni aclıq yaradaraq, bundan dəhşətli alət kimi istifadə edib və milyonlarla Ukraynalını məhv edib. Bunun indiki müharibədə təkrarlanmaması önəmlidir. Çünki Putin də Stalin kimiaclıqdan əhaliyə silah kimi istifadə edir.

Müharibənin aktiv mərhələsinin hər günü dünya rus ordusunun dəhşətli cinayətlərinin yeni faktlarını öyrənir. Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko göstərilən köməyə görə krallığa təşəkkür edir. Ancaq o müasir tarixin ən dəhşətli humanitar fəlakətlərindən birinin qarşısını almaq üçün daha da çox şey istəyir.

Səfirin sözlərinə görə, Ukrayna uzun müddətdir ki, Avropanın çörək səbəti kimi tanınır. Amma rus işğalçıları ərzaq saxlanan yerləri atəşə tutur, məqsədyönlü şəkildə ölkəni aclığa sürükləyirlər.

Səfir etiraf edib ki, Putinin dəhşətli konsepsiyası artıq işləyri. Belə ki, Ukraynanın şərqində insanlar artıq avtomobil radiatorlarından və gölməçələrdən su içir. Aacından ölməmək üçün sahibsiz itləri öldürüb bişirirlər. Rus qo.unlarının Donbassda hücumlarını gücləndirəcəklərini nəzərə alsaq, vəziyyətin daha da ağırlşacağını demək olar.

Britaniyalı tarixçi iddia edir ki, ukraynalılar hələ də 1920-1930-cu illərdə baş vermiş dəhşətli soyqırım aktını - iki Qolodomoru xatırlayırlar. O dövrdə də hesablama baş tutmamışdı. Ukrayna xalqı sağ qalmışdı və Qolodomor Moskvanın etdiyi dəhşətli işgəncələrin xatirəsinə çevrilmişdi.

Tarixçinin fikrincə, Rusiyanın həmin dəhşətli hadisələri başqa formada şərh etmələri çox maraqlıdır və təəcüb doğurmur. Belə ki, Kremlyönlü tarixçilər bu hadisələrin baş verməsini inkar edir və bunun ukraynlar tərəfindən şişiridilyini iddia edirlər.

Ancaq unutmayaq ki, 5 il əvvə Putinin özü Qərbin "Stalini şeytana çevirməsindən" şikayətlənirdi. “Həmin dövrdə bunu çox az adam hiss sedirdi. Ancaq biz bunu gələcəkdə olanların bir işarəsi kimi görməli idik” deyə tarixçi qeyd edir. Analitikin fikrincə, tarixin dəqiq təkrarlanmamasına baxmayaraq, Kreml o dövrdə Stalin rejiminin istifadə etdiyi yalan, təbliğat, bütün xalqa nifrət sxemlərindən istifadə edir. Ancaq bu dəfə dünya düzgün nəticə çıxarmalı, ukraynalıların köməyə ehtiyacı olanda yardım etməlidir.

"Ukraynların bizim edə biləcəyimiz hər köməyə ehtiyacları var. Təkcə aclıqla mübarizə aparmaq üçün ərzaq bağlamalarına deyil, işğalçılara qarşı döyüşmək üçün vertolyotlara, raketlərə, tanklara və silahlara ehtiyacı var. Çünki onlar qələbə çalmalıdır",- deyə Sendbrook bildirib.

Xatırlada qki, Rusiya Federasiyasına qarşı müharibə zamanı Ukrayna iqtisadiyyatının ümumi itkiləri 564-600 milyard dollar təşkil edir . Ukraynada infrastruktura dəymiş sənədləşdirilmiş zərərin məbləği artıq 84,8 milyard dollara çatıb.

Belə ki, təkcə son bir həftə ərzində mülki və hərbi infrastrukturun dağılması və zədələnməsi nəticəsində Ukrayna iqtisadiyyatına itkilər 4,45 milyard dollar artıb. Bir müddət əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Debbi Dinqell və Fred Apton Rusiya Federasiyasının həbs edilmiş vəsaitlərinin Ukraynaya köçürülməsinə icazəni nəzərdə tutan qanun layihəsini təqdim ediblər.

Amerikalılar rusları ukraynalılara pul ödəməyə məcbur etmək istəyir.

“2022-ci il Ukraynanın Suverenliyi Aktı” təmin edir ki, ukraynalılar, ABŞ vətəndaşı olub-olmamasından asılı olmayaraq, Rusiyanın işğalı nəticəsində dəyən hər hansı itkilərə görə ştatlarda məhkəmələr vasitəsilə pul kompensasiyası tələb edə bilərlər.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »