Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Mariupolda dinc sakinlərin gizləndiyi "Azovstal"ı bombalayır
Rusiya Mariupolda dinc sakinlərin gizləndiyi "Azovstal"ı bombalayır

Mariupolda işğalçılar “Azovstal” zavodunu bombalayır, artilleriya və tanklardan Levoberejnı rayonunun yaşayış ərazi atəşə tutulub.

Bizimyol.info xəbər verir ki, bu barədə "Telegram"da Mariupol merinin müşaviri Petr Andryuşşenko məlumat verib.

“İşğalçılar təkcə “Azovstal”da güclü bombalarla deyil, həm də artilleriya və tanklardan Meotida bulvarından keçən xətt boyunca Sol Sahil rayonunun yaşayış sahəsinə xaotik zərbələr endirməkdə davam edirlər.

Andryuşenkonun sözlərinə görə, aprelin 18-də işğalçılar mülki vətəndaşların evlərindən əşyalarını götürmələri üçün bu zonaya giriş-çıxışı açıblar.

“Rusların özlərini eyniləşdirdiyi məcburi ağ lentləri nəzərə alsaq, işğalçılar dinc əhalidən Ukrayna snayperləri üçün “yem” kimi istifadə etməkdə davam edirlər”, – mer müşaviri bildirib.

Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Lyudmila Denisova bildirib ki, “Azovstal” zavodunda minə yaxın yerli sakin Rusiyanın atəşindən gizlənib.

"Raşistlər Mariupolda azı 1000 mülki şəxsin gizləndiyi "Azovstal" zavodunun ərazisinə basqın etməyi planlaşdırdıqlarını bəyan ediblər. Şəhərin ukraynalı müdafiəçilərinin sözlərinə görə, vətəndaşlar zavodun binalarında və zirzəmilərində qalırlar və çıxmaq istəmirlər. Evləri dağıdıldığından və Rusiya Federasiyasının filtrasiya düşərgələrinə düşmək istəməyənlər, o cümlədən qadınlar, uşaqlar, qocalar zavodun zirzəmisinə sığınıblar", - Denisova deyib.

Mariupol şəhər patrul polisinin rəisi Mixail Verşinin təsdiqləyib ki, həqiqətən də "Azovstal" zavodunun ərazisində çoxlu sayda mülki şəxs, o cümlədən qadınlar və uşaqlar var.

Mariupol meriyasının məlumatına görə, indi şəhər daxilində vətəndaşların Rusiya Federasiyasına deportasiya edilməzdən əvvəl saxlanıldığı dörd filtrasiya düşərgəsi olduğu bildirilir: "Orada 20 mindən çox insanın saxlandığı barədə məlumatlar var. Qonşu Bezymyannoye kəndində də 5-7 min vətəndaşın yaşadığı düşərgə var", - deyə qeyd edib.

Ümumiyyətlə, mer Vadim Boyçenkonun sözlərinə görə, hazırda Mariupolda 100 min sakin var, daha 50 min dinc sakin isə şəhərin kənarındakı kəndlərdə yardım və təxliyyə gözləyir.

Dövlətə xəyanətdə şübhəli bilinən, bu yaxınlarda UTX tərəfindən yaxalanan Ömürlük Müxalifət Platformasının xalq deputatı Viktor Medvedçuk Ukrayna prezidenti Vladimir Zelenskiyə və qızının xaç atası Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

Medvedçuk prezidentlərdən onu Mariupolun müdafiəçiləri və sakinləri ilə dəyişməyi xahiş edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »