Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Putin Rusiyanı defolta sürükləyib - hər gün 20 milyard dollar itirir"
"Putin Rusiyanı defolta sürükləyib - hər gün 20 milyard dollar itirir"

Vladimir Putin Rusiyanı defolta sürükləyib. Belə ki, Rusiya mayın 4-nə qədər defolt olan ölkə kimi tanına bilər. Eyni zamanda, hərbi əməliyyatların intensivləşməsi şəraitində təcavüzkar ölkə hər gün təxminən 20 milyard dollar itirir.

Bu amillərin birləşməsi Rusiyanın uzunmüddətli müharibə aparmağa imkanlarının qalmamasına gətirib çıxara ilər. İşğalçı ölkənin yeganə variantı qısa zamanda öz planlarını reallaşdırmaqdır.

Bizimyol.info xəbər verir ki, siyasi iqtisadiyyat və münaqişə ekspertləri Maykl Allen və Metyu Di Cüzeppenin "The Conversation" nəşrinə bildirdiyinə görə, borc o qədər mühüm güc mənbəyinə çevrilib ki, ölkələr borca girmədən nadir hallarda müharibəyə gedirlər. Rusiya isə defoltdan sonra borc almaq imkanını tamamilə itirəcək.

“1823-cü ildən 2003-cü ilə qədər olan müharibələrin təxminən 88 faizi qismən banklardan və digər investorlardan borc götürülmüş vəsait hesabına maliyyələşdirilib”,- deyə analitiklər bildirib. Borc almanın səbəblərindən biri ölkələrdə silah-çörək alverini aradan qaldırmağa imkan verməsidir. Çünki orduya daha çox pul xərcləmək ölkənin vətəndaşlarının rifahı üçün daha az xərcləmək deməkdir.

Bu vəziyyət əslində Rusiya Federasiyasının resurslarını tükəndirə bilər. Ancaq söhbət uzun sürən müharibələrdən gedir. Yaxın gələcəkdə Rusiya üçün belə bir vəziyyət gözləmək lazım deyil. Ekspertlərin fikrincə, qısamüddətli perspektivdə defolt çətin ki, Rusiya üçün müharibənin nəticəsini dəyişsin. Və yaxud Putini hər hansı qeyri-populyar kompromislərə vadar etməsini də gözləmək lazım deyil. Rusiya Donbassın şərqində yeni və daha məhdud hərbi məqsədlərinə sürətlə nail ola bilsə, bunu heç düşünməyə dəyməz.

Qeyd edilib ki, əslində müharibənin cəmi bir neçə gün davam edəcəyi gözlənilirdi. Ancaq Ukraynanın güclü müdafiəsi Putinin planlarını alt-üst etdi. Buna görə də, ilkin hesablamalar göstərir ki, uzun sürən müharibə Rusiyaya hasilatın azalması kimi birbaşa və dolayı xərclər də daxil olmaqla, gündə 20 milyard dollardan baha başa gələ bilər.

Xatırladaq ki, bəzi mənbələrə görə, Rusiyada defolt faktiki olaraq baş verib (baxmayaraq ki, texniki olaraq elan olunmayıb). Belə ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə qərar verdikdən sonra işğalçı ölkə üçün kapital bazarları bağlanıb. Bu barədə Rusiya Federasiyası maliyyə nazirinin keçmiş müavini Sergey Aleksaşenko bildirib.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »