Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri 572-dən çox uşaq zərər çəkib.
Bizimyol.info xəbər verir ki, Ukrayna Respublikası Baş Prokurorluğunun verdiyi məlumatına görə, onlardan 205-i həlak olub, 367-si yaralanıb.
"Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 572-dən çox uşaq zərər çəkib. Son sutka ərzində ölən uşaqların rəsmi sayı dəyişməyib - 205 olaraq qalıb. Yaralıların sayı artıb - 367-yə çatıb", - deyə hesabatda bildirilir.
Departament qeyd edir ki, bu rəqəmlər yekun deyil, çünki onların müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə aktiv hərbi əməliyyatların aparıldığı yerlərdə çətin şəraitdə araşdırma aparmaları istiqamətində işlər davam etdirilir.
Belə ki, prokurorların məlumatına görə, yetkinlik yaşına çatmayan uşaqlar ən çox Donetsk vilayətində - 118, Kiyevdə - 108, Xarkovda - 91, Çerniqovda - 54, Xersonda - 43, Nikolayevdə - 40, Luqanskda - 36, Zaporojyedə - 25, paytaxt - 16, Sumi - 16, Jitomir - 15 müharibə qurbanları olublar.
O cümlədən, məlum olub ki, martın 14-də Kiyev vilayətinin Zaxarova kəndi yaxınlığındakı meşə zolağında mülki avtomobil naməlum partlayıcı qurğu ilə partladılıb, ailənin təhlükəsiz yerə təxliyə olunmağa çalışılıb. 8 yaşlı uşaq xəsarət alıb, anası dünyasını dəyişib.
Həmçinin aprelin 18-də Donetsk vilayətində S.Şandriqolovo kəndinin işğalçıların artilleriya atəşinə tutulması nəticəsində 16 yaşlı qız yaralanıb. Zaporojye vilayətində Preobrazhenkada 14 yaşlı qız yaralanıb.
Bundan əlavə, dünən Lvov şəhəri ərazisinə raket hücumu həyata keçirilib, nəticədə 3 yaşlı uşaq yaralanıb.
Rusiya Federasiyası silahlı qüvvələrinin bombalaması və atəşə tutması nəticəsində 1141 təhsil müəssisəsi zərər görüb, onlardan 99-u tamamilə məhv edilib.
Qadir, Bizimyol.info