Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya-Ukrayna müharibəsindən kim necə varlanır?
Rusiya-Ukrayna müharibəsindən kim necə varlanır?

ABŞ dünyanın ən böyük silah ixracatçısıdır və onun hərbi-sənaye kompleksi Co Baydenin dövründə daha da çiçəkləndi.

Yaponiyalı siyasi ekspert və analitik Jun Kitamura qeyd edib ki, amerikalılar Ukraynada baş verənlərdən qazanc əldə edirlər və Tayvanda münaqişə alovlanarsa, daha çox fayda əldə edə bilərlər.

Politoloqun sözlərinə görə, son bir neçə ildə ABŞ dünya silah ixracının demək olar ki, 40 faizini təmin edib. Bununla yanaşı, Rusiya Federasiyasının Ukrayna ərazisinə müdaxiləsi başlayandan bəri Amerika hərbi şirkətlərinin səhmləri kəskin şəkildə artıb. Ekspert qeyd edib ki, lider "Martin" korporasiyası olub; onun səhmlərinin dəyəri yanvar-mart ayları arasında 30 faiz artıb. Ondan sonra "Nortrop Gruman" 20 faiz dəyər artımı göstərib, "Raytheon" səhmləri isə öz növbəsində 10 faiz bahalaşıb.

Politoloqun sözlərinə görə, təkcə ötən il Ukraynaya 650 milyon dollarlıq hərbi yardım göndərilib. O, qeyd edib ki, ABŞ uzun müddətdir, Tayvana silah ixrac edir, lakin amerikalıların Tayvan problemini həll etmək üçün NATO-ya bənzər bloku yoxdur. Buna görə də, amerikalılar Çini hədəfə alan şəbəkə qururlar - bu şəbəkəyə Yaponiya, Avstraliya, Cənubi Koreya, Filippin və hətta Hindistan kimi Asiya-Sakit okean regionunda müttəfiqləri daxildir.

Çin KP baş katibi Si Tzinpin və Rusiya prezidenti Vladimir Putin Çin KP baş katibi Si Tzinpin və Rusiya prezidenti Vladimir Putin

Ekspert ABŞ-ın Hind-Sakit okean regionunda Ukrayna ilə baş verənlərə bənzər “Tayvanpərəst və Çin əleyhinə” mübahisələr yaradacağını və yayacağını proqnozlaşdırır. Eyni zamanda, Kitamura vurğulayıb ki ABŞ-ın bu cür münaqişələrdə əsas ideyası onlarda iştirak etməməkdir. Tayvanda vəziyyətin gərginləşəcəyi təqdirdə ABŞ ordusu birbaşa qarşıdurmaya girməyəcək; bunu ABŞ-ın hazırkı müdafiə büdcəsi sübut edir. Donanmaya xərclər digər qoşunların xeyrinə azaldılıb.

Çin ordusu öz növbəsində "Tayvanın müstəqilliyi" təşkilatını sıxışdırmağa hazır olduğunu bildirib. Politoloqun fikrincə, hazırkı vəziyyətin necə inkişaf etməsindən asılı olmayaraq önəmli yol Çinlə birbaşa hərbi toqquşmadan qaçmaqdır.

Havar, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »