Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda tələbə qız itkin düşüb
Bakıda tələbə qız itkin düşüb

Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi itkin düşüb.

Bizimyol.info xəbər verir ki, bu barədə universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

Verilən məlumata görə, 3-cü kurs tələbəsi Binnətova Lamiyə Nizami qızı aprelin 1-dən sonra universitetə gəlməyib.

E.Babayev bildirib ki, L.Binnətova Memarlıq və inşaat fakültəsində təhsil alıb, universitetin nümunəvi tələbə olub: "Həmin gün saat 16:50 radələrində müəllimdən icazə alıb və universitetdən çıxıb. Sonrakı günlər isə dərslərə gəlməyib. Məsələ ilə bağlı onun valideynləri ilə əlaqə saxlanılıb. Onun ailəsi Daxili İşlər Nazirliyinə məlumat verib. Hüquq-mühafizə orqanları axtarır”.

Son xəbərlər
Bütün xəbərlər »