Birləşmiş Ştatlar kosmosda silahların sınaqdan keçirməmək öhdəliyinə sadiqdir qalacağını bildirib və digər ölkələri də onlara qoşulmağa çağırır.
Bizimyol.info xəbər verir ki, bunu bazar ertəsi ABŞ-ın vitse-prezidenti Kamala Harris Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasında çıxışı zamanı deyib. Tədbir Ağ Evin saytında yayımlanıb.
"Mən şadam ki, bu gündən etibarən Birləşmiş Ştatlar kosmik raketlərin dağıdıcı sınaqlarını keçirməməyi öhdəsinə götürdüyünü elan edir. Sadə dillə desək, bu cür sınaqlar bəşəriyyət üçün çox təhlükəlidir və biz onları keçirməmək barədə qərar qəbul etmişik. Ümidvarıq ki, bu sahədə tədqiqatlar aparan digər dövlətlər də bizim təşəbbüsümüzə qoşularaq dünyamızın təhlükəsizliyinə dəstək verəcəklər", - deyə o qeyd edib.

"Birləşmiş Ştatlar adından ölkənin kosmik güc olub-olmamasından asılı olmayaraq bütün ölkələri bu təşəbbüsə qoşulmağa çağırıram. Bunun hamıya fayda verəcəyinə inanırıq", - deyə Harris əlavə edib.
ABŞ-ın vitse-prezidentinin sözlərinə görə, ölkəsi “bundan sonra kosmosda məsuliyyətli davranış üçün yeni norma kimi bunu müəyyən etmək üçün digər ölkələrlə işləyəcək”.
CNBC-nin məlumatına görə, ABŞ sonuncu dəfə 2008-ci ildə "SM-3" zenit raketi ilə uğursuz Amerika kəşfiyyat peykini vuraraq peyk əleyhinə sınaq keçirib. Oxşar sınaqlar Çin, Rusiya və Hindistan tərəfindən də aparılıb.
Qadir, Bizimyol.info