Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya terrorizmin sponsoru olan beş ölkədən biri kimi tanına bilər
Rusiya terrorizmin sponsoru olan beş ölkədən biri kimi tanına bilər

Amarika Birləşmiş Ştatları Dövlət Departamenti Rusiya Federasiyasına münasibətdə "terrorizmə sponsorluq edən dövlət" statusunun tətbiq olunmasını istisna etmir.

Bizimyol.info xəbər verir ki,  "CNN"in verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuata açıqlamasında bildirib.

"Biz, dünyada baş verən terror və terrora dəstək faktlarını diqqətlə araşdırırıq. Bu barədə müvafiq qanunları diqqətlə öyrənirik. Moskvanın barəsində bu statusun səsləndirilməsinin yanlış olmadığı qənaətindəyik",- deyə o, Rusiyanın terrorizmin himayədarı dövlət kimi tanınması ehtimalını şərh edərkən deyib.

Prays görə, Dövlətlər qanun çərçivəsində istənilən səlahiyyətləri “təsirli və məqsədəuyğun olduğu müddətcə” həyata keçirəcəklər.

Qeyd edilir ki, terrorizmin himayədarı dövlət “beynəlxalq terror aktlarını dəfələrlə dəstəkləyən” ölkədir.

"Araşdırılan faklar sübut edir ki, rəsmi Kremil mütəmadi olaraq bu və ya başqa terror təşkilatlarına gizli və ya aşkar yardımlar edib. Onların silahlandırılmasını təşkil edib. Hətta onların hansısa hadisələrdə iştirakını təşkil edib və bu hadisələrin dəfələrlə təkrar olunduğu barədə etimallarımız var",- deyə Departamentin sözçüsü qeyd edib.

Hazirda ABŞ tərəfindən terrorizmin sponsoru kimi tanınan yalnız dörd ölkə var: Şimali Koreya, İran, Kuba və Suriya.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ-ın Rusiyanın sanksiyalardan yayınması ilə mübarizə üçün yeni tədbirlər elan etdiyi barədə məlumat yayılmışdı. Onlar "yaxın bir-iki həftə" ərzində elan ediləcək.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »