Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron dünya liderlərilə Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək
Makron dünya liderlərilə Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək

Fransa prezidenti Emmanuel Makron Rusiyaya qarşı mümkün yeni sanksiyaları müzakirə etmək üçün ABŞ prezidenti Co Bayden və bir sıra digər Qərb liderləri ilə telefonla danışacaq.

“Report” xəbər verir ki, o, bu barədə “France 5” telekanalının efirində bildirib.

“Sabah axşam prezident Bayden və digər Avropa liderləri ilə söhbətim olacaq, biz Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəyik”, - Makron bildirib.

Rusiyadan təbii qaz tədarükünə mümkün məhdudiyyətlər barədə sualı cavablandıran Makron deyib: “Rusiyadan birbaşa Fransaya gedəcək bir boru xətti yoxdur. Digər ölkələr bu tədarüklərdən asılıdır”.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »