Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə ABŞ-a “F-16” təyyarələri ilə bağlı tələb məktubu ünvanlayacaq
Türkiyə ABŞ-a “F-16” təyyarələri ilə bağlı tələb məktubu ünvanlayacaq

Türkiyə Milli Müdafiə Nazirliyi (Amerika Birləşmiş Ştatları tərəfinə - red.) 40 yeni F-16-nın alınması və eyni zamanda mövcud olanların modernizasiyası üçün sorğu məktubu göndərib.

APA-nın verdiyi xəbərə görə, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, bu çərçivədə Türkiyənin təhlükəsizlik ehtiyaclarını qarşılamaq üçün daha geniş tələb məktubu göndəriləcək.

“NATO müttəfiqləri arasında təhlükəsizlik ehtiyaclarını məhdudlaşdıran embarqoların olması ağlabatan deyil…Əgər (NATO çərçivəsində - red.) həmrəylik əvəzinə terror təşkilatlarını bir-birinə qarşı istifadə etmək və ya dəstəklək varsa, bunlar sağlam mexanizmlər deyil. Əgər bir NATO müttəfiqi təhlükəsiz deyilsə, heç bir NATO müttəfiqi təhlükəsiz deyil”, - deyə o bildirib.

Son xəbərlər
Bütün xəbərlər »