Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur yazıçının narkoman oğlu: Onlara uşaq etibar etmək olmaz
Məşhur yazıçının narkoman oğlu: Onlara uşaq etibar etmək olmaz

ABŞ 10 aylıq körpənin ölümü xəbəri ilə sarsılıb. Ölkənin dünya şöhrətli yazıçılarından biri olan Pol Austerin oğlu Daniel 10 aylıq qızının ölümündə ittiham olunaraq həbs edilib. Hadisə ilə bağlı istintaqın davam etdiyi açıqlanıb.

Bizimyol.info xəbər verir ki, 10 aylıq Ruby Auster adlı körpə Bruklindəki evində huşsuz vəziyyətdə tapılmış və xəstəxanaya yerləşdirildikdən qısa müddət sonra öldüyü elan edilib. Körpənin ölümdən sonrakı müayinəsində ölümə səbəb kimi onun qanında yüksək miqdarda dərman olduğu bildirilib.

Hadisədən aylar sonra Rubinin atası, 44 yaşlı Daniel Auster həbs edilib. Austerə qarşı irəli sürülən ittihamlar arasında qəsdən adam öldürmə, ehtiyatsızlıqdan ölüm və yetkinlik yaşına çatmayan uşağı təhlükəyə atma daxildir. Məhkəmə ekspertizasının nəticələri dəhşətli idi: 10 aylıq Rubinin ölüm səbəbi heroin və fentanilin həddindən artıq dozası olaraq ifadə edilməsi.

Məhkəmə Daniel Austerin girov məbləğini nağd şəkildə ödənildiyi təqdirdə 100 min dollar, veksellə ödənildiyi təqdirdə isə 250 min dollar təyin edib. Məhkəmə cümə axşamı Daniel Austeri yenidən dinləyəcək və işin əlavə araşdırmaya ehtiyac olub-olmadığını müəyyən edəcək.

Paul Auster - Daniel Paul Auster - Daniel Auster

Daniel Austerin narkotik asılılığı problemi olduğu bilinirib. Lakin onun vəkili Con Qodfri verdiyi açıqlamada Austerin uzun müddətdir ki, bu vərdişindən əl çəkdiyini, mütəmadi olaraq narkomaniya ilə mübarizə qruplarına qatıldığını və öz istəyi ilə polisə təslim olduğunu bildirib.

Rubinin anası və Daniel Austerin həyat yoldaşı Zuzan Smit polisə bildirib ki, o səhər işə getmək üçün evdən çıxıb. O getməzdən əvvəl körpəsinin olduqca sağlam göründüyünü bildirib. Daniel Auster isə ifadəsində arvadı evdən çıxandan sonra heroindən istifadə etdiyini, körpəsi Rubinin yanında yatdıqdan sonra yuxuya getdiyini bildirib. Daniel Auster yuxudan oyananda Rubinin hərəkətsiz vəziyyətdə görüb. Körpəyə yüksək dozada ölüm hallarından xilas edən dərmanı verdiyini, daha sonra təcili yardım çağırdığını deyib. Həbs hesabatında ata körpənin ölümünə görə məsuliyyət daşısa da, narkotiklərin 10 aylıq Rubinin bədəninə necə daxil olduğu açıqlanmayıb.

Qonşuları Daniel və Zuzan barədə ifadə verərək bildiriblər ki, onlar normal görünürdülər, əvvəllər heç kimlə problemi olmayıb və körpələrini uşaq arabasında gəzintiyə aparan xoşbəxt cütlük kimi görüblər. Daniel Austerin adı daha əvvəl 1996-cı ildə polis hesabatlarında hallanıb;. Onun adı Angel ləqəbli narkotik alverçisinin qətlinə görə məsuliyyət daşıyan məşhur gecə klubu sahibkarı Maykl Aliqin işində çəkilib. Angel adlı bu narkotik satıcısı öldürüldükdən və cəsədi parçalandıqdan sonra Hudson çayına atılmışdı. 1998-ci ildə Daniel Auster-in qətllə əlaqəsi olmadığı açıqlanıb. Maykl Aliq 2020-ci ildə heroinin həddindən artıq dozası səbəbindən öldü.

Daniel Austerin atası Pol Auster təkcə ABŞ-da deyil, həm də dünyada ən tanınmış və sevilən yazıçılardan biridir. 90-cı illərin əvvəllərində tanınmağa başlayan yazıçı 2000-ci və 2010-cu illərdə də ən çox satılan romanlar yazıb və bir çox əsərləri filmlərə uyğunlaşdırılıb. Austerin 2003-cü ildə nəşr olunan "Peyğəmbərlik gecəsi" romanı oğlu narkotik aludəçisi olan bir yazıçıdan bəhs edir. Hətta bu romanın qəhrəmanının adı da Daniel Auster olub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »