Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı: 19 aprel, 2022-ci il – Gün emosiyalarla dolu olacaq
Ulduz falı: 19 aprel, 2022-ci il – Gün emosiyalarla dolu olacaq

Bizimyol.info 19 aprel, 2022-ci il tarixi üçün ulduz falını təqdim edir:

Gün emosiyalarla dolu olacaq. Üstəlik, onlar o qədər güclü və ziddiyyətli olacaqlar ki, hər kəs onların öhdəsindən gələ bilməyəcək. Bəzən ən ağlabatan və düşüncəli insanlar belə, emosional vəziyyətdə sonradan peşman olacaqları bir söz söyləyə və ya hərəkətlər edə bilərlər. İşlə bağlı planlar tez-tez dəyişə bilər; birgə hərəkətlər barədə razılığa gəlmək çətin olacaq və fikir ayrılıqlarının olma ehtimalı yüksəkdir. Ona görə də mümkün qədər təkbaşına hərəkət etmək ən yaxşı yoldur.

Qoç - Narahat gün gözlənilir. Bir şeyə diqqət yetirmək sizin üçün çətin olacaq və bəzən kiçik, təsadüfi məsələlərin həlli ilə hətta ən vacib işlərdən də diqqətinizi yayındıra bilərsiniz. Ancaq prioritetləri düzgün təyin etsəniz, çox şeyə nail ola bilərsiniz; hətta ən cəsarətli planları həyata keçirmək şansı yaranacaq. Müttəfiqlərinizi diqqətlə seçin. Yanlış insanla əlaqə saxlamaqdansa, köməksiz hərəkət etmək daha yaxşıdır. Bəzən sevdiklərinizlə ümumi dil tapmaq çətin olacaq. Gərgin anlarda yumor hissiniz köməyə gələ bilər. Bəzən vəziyyəti sakitləşdirmək və dialoqu dinc istiqamətə yönəltmək üçün bir neçə xoş söz kifayətdir.

Buğa - Sakit qalmağa çalışın. Nə qədər az narahat olsanız, gününüz bir o qədər yaxşı keçəcək. Qoy, uğura inam sizi bir dəqiqə belə tərk etməsin. Səyahətlərə çıxa bilərsiniz, ancaq bu, sizi gündəlik işlərin həllindən yayındırmasa. Gəzinti və istirahət istəyi nə qədər güclü olsa da, heç nəyi sonraya saxlamasanız, yaxşı olar. Böyük pul axını mümkündür. Gün alış-veriş, mürəkkəb maliyyə məsələlərinin həlli üçün münasibdir. Siz nəyə pul xərcləməyin düzgün olduğunu və hansı vəziyyətlərdə alışlardan imtina edəcəyinizi yaxşı bilıirsiniz.

Əkizlər - Ardıcıl və asta hərəkət etmək istəyəcəksiniz, amma sizə belə imkan verilməyəcək. Bir çox yeni problemlər ortaya çıxacaq və onların heç biri həll olunmamış qala bilməz. Bəzən sizə imtina etməyiniz mümkün olmayan insanlar tərəfindən müraciət olunacaq. Ola bilər ki, işlər planlaşdırdığınızdan daha çox vaxt aparsın. Qeyri-adi insanlarla tanış olmaq, təmas dairəsini əhəmiyyətli dərəcədə genişləndirmək imkanı olacaq. Başqalarının rəğbətini qazanmaq sizin üçün asan olacaq: özünüzü təbii aparmağınız kifayət edəcək. Qeyri-adi ideyalar, planlar paylaşa bilərsiniz.

Xərçəng - Güvən və simpatiya yaratmayan insanlarla çox da sıx ünsiyyət qurmasanız, yaxşı olar. Həm də onlarla sadəcə, danışmaq, onlara qarşı mehribanlıq, maraq nümayiş etdirmək də lazım deyil. Yorucu gün gözlənilir - əhvalınız tez korlana bilər. Ancaq həqiqətən maraqlı bir işə qoşulan kimi bütün xoşagəlməz hadisələri unudacaqsınız. Bu, böyük ehtimalla günortadan sonra baş verəcək. Nağd pul gəlirləri mümkündür. Alınan vəsaitləri xərcləməyə tələsməyin: əslində indi zəruri görünən bütün xərclər reallıqda heş də vacib deyil.

Şir - Davamlı olun. Bu, uzun müddət öhdəsindən gələ bilmədiyiniz mürəkkəb işləri sona çatdırmağa kömək edəcək. Qeyri-adi bir işə baş vurmağı, çoxdan tanış olan problemlərin həllinə yeni yanaşma axtarmağı xoşlayırsınız. Bəzən hansısa irimiqyaslı və mürəkkəb layihə üzərində işi yerindən tərpətməyə imkan verən də elə sizin ideyalarınız olur. Bu gün səyahətlər də həm iş, həm də istirahət üçün uğurlu olacaq. Bəlkə də həyatınızda mühüm rol oynayacaq qeyri-adi romantik hekayənin başlanğıcı da səyahət saatlarına təsadüf edəcək. Şəxsi münasibətlərlə bağlı hər şeydə intuisiyanıza arxalana bilərsiniz.

Qız - Günün ilk yarısında ehtiyatlı olmaq tələb olunacaq. Tanımadığı insanlarla münasibətdə xüsusilə ehtiyalı olmağınız lazımdır: onlardan yaxşı heç nə gözləmək olmaz. Ancaq hətta yaxşı tanıdığınız insanlar da bəzən sizi xoşagəlməz bir şəkildə təəccübləndirə bilərlər. Öz üzərinizdə çalışaraq böyük uğurlar əldə edə bilərsiniz. Bundan əlavə, müzakirələrə və izahatlara vaxt itirmək məcburiyyətində deyilsiniz, buna görə də daha sürətlə hərəkət edəcəksiniz. Uğurlu alışlar mümkündür; qeyri-adi, hətta ekstravaqant alışlara xüsusi diqqət yetirilməlidir. Onlar sizi və yaxınlarınızı uzun müddət sevindirəcəklər.

Tərəzi - Hər şey yaxşı gedəcək. Sizdən tələb olunan əsas şey tələsməmək və vacib qərarlar qəbul etməməkdir. Tez-tez fikir ayrılıqları və mübahisələr yaranacaq, ruhən sizə çox yaxın olan insanlarla belə həmişə ümumi dil tapa bilməyəcəksiniz. Əvvəllər çətin olan münasibətlər indi xüsusilə gərginləşəcək. Açıq münaqişədən qaçmaq çətin olsa da, siz onların qarşısını zamanında alacaqsınız. Planlaşdırılmamış alışlardan çəkinmək, xərcləri azaltmaq daha yaxşıdır. İndi siz pula yüngül yanaşırsınız, bu, itkilərə səbəb ola bilər.

Əqrəb - Çətin gündür. Bu, ünsiyyətdə problemlər, işdə çətinliklər, eləcə də kiçik problemlər və uğursuzluqlar gətirə bilər. Ancaq ümidinizi itirməyin. Bütün çətinliklərin öhdəsindən gələcək və uğur qazanacaqsınız. Başladığınız işi yarı yolda tərk etməmək vacibdir; məqsədyönlülük heyrətamiz nəticələr verəcək. Maliyyə işlərini qaydasına salmağa çalışın: çaşqınlıq əlavə xərclərə səbəb ola bilər. Boş vaxtınızı yaxınlarınızla keçirməlisiniz, onların əhatəsi sizin üçün çox xoş olacaq. Hər kəs üçün maraqlı məşğuliyyət tapılacaq.

Oxatan - Çətinliklər yarana bilər, lakin onların ciddi olması ehtimalı azdır. Siz optimizmi, yaxşı əhval-ruhiyyəni və uğura inamı qoruyacaqsınız, bütün çətinlikləri tez dəf edəcəksiniz. Əsaslı səbəblər olmadan tənbəllik etməyin, işləri təxirə salmayın və əvvəllər qurduğunuz planlardan əl çəkməyin. Günün ikinci yarısında bədxahlarınızı məyus etmək fürsəti yaranacaq. Kiçik təfərrüatlara diqqət yetirmək və müşahidələrinizdən düzgün nəticə çıxarmaq sizin üçün çox faydalı olacaq. Uzun müddət məmnuniyyətlə xatırlayacağınız qeyri-adi görüşlər mümkündür.

Oğlaq - Narahat gün alınacaq. Zehni tarazlığınızı qorumaq çətin olacaq. Özünüzü əsəbilikdən qorumaq üçün tədbirlər görməsəniz, əhval-ruhiyyəniz tez-tez pozula bilər. Xoşagəlməz xatirələrə çox vaxt sərf etməməyə, düşüncələrinizdə köhnə problemlərə qayıtmamağa çalışın. Əlaqələrdə dəqiqlik vacibdir: ləyaqətsiz bir insana etibar etmək, böhtan və dedi-qodu qurbanı olmaq riskiniz var. Sirlərinizi kimsə ilə bölüşməzdən əvvəl iki dəfə düşünün.

Dolça - Çətin gündür. Bu, ailə problemləri, qohumlarla fikir ayrılıqları, həmçinin məqsədə doğru düzgün yolu seçdiyinizə dair şübhələr gətirə bilər. Ancaq çətinliklər göründüyü qədər əhəmiyyətli olmayacaq və maneələri aradan qaldırmaq olar, buna görə də ruhdan düşməyin. Günün ortası vəziyyəti müsbətə doğru dəyişəcək qətiyyətli hərəkətlərə başlamaq üçün münasibdir. Xırda işlərə vaxt itirməsəniz, axşama yaxın çox şeyə nail olacaqsınız. Əlaqələrdə diqqətli olmağa dəyər; sizi dəstəkləməyən insanlarla uzun söhbətlər etməyin.

Balıq - Siz hər hansı mühüm qərarları yalnız o zaman qəbul edə bilərsiniz ki, bunu sakit və təkbaşına etdiyinizə, təzyiqlərə boyun əymədiyinizə və keçici istəklərə yol vermədiinizə tam əmin olasınız. İstənilən işə ciddi və sakit yanaşmaq lazımdır, səhvlərdən qaçmağın yeganə yolu budur. Duyğular həddindən artıq güclüdürsə və özünüzə tam olaraq nəzarət edə bilmirsinizsə, heç bir iş görmədən istirahət etmək daha yaxşıdır. Ətrafınızdakı insanlar həmişə sizə anlayışla yanaşmayacaq, tez-tez tənqid edəcəklər, bəzi xoşagəlməz fikirlər söyləyəcəklər. Ancaq açıq münaqişədən qaçmaq sizin ixtiyarınızdadır. Bunun üçün vaxtında mehriban münasibət nümayiş etdirmək kifayətdir.

Son xəbərlər
Bütün xəbərlər »