Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Finlandiya və İsveç Kremlin hədələri qarşısında geri çəkilmir
Finlandiya və İsveç Kremlin hədələri qarşısında geri çəkilmir

Finlandiya və İsveçin baş nazirləri Sanna Marin və Maqdalena Anderssonun Stokholmdakı görüşünü tarixi adlandırmaq olar. Birgə mətbuat konfransında nazirlər Finlandiyada və ya İsveçdə son vaxtlara qədər xatırlanmayan hər iki ölkənin NATO-ya daxil olmasından danışıblar. Finlandiyanın İsveçlə birlikdə NATO-ya daxil olması daha önəmlidir. Görünən odur ki, Rusiya-Ukrayna müharibəsi, bu iki ölkənin də təhlükədə olduğunu hiss etdirib.

Qeyd edək ki, Finlandiya öz azadlığını ciddi itkilər - həm insan, həm də ərazi itkiləri bahasına əldə edə bilmişdi. Müharibədən əvvəlki Finlandiyanın ikinci ən sıx şəhəri Viipuri, indi Rusiyanın Leninqrad vilayətinin Vıborq rayon mərkəzidir. Və finlər ora nostalji üçün deyil, Sovet İttifaqı və Rusiyanın Finlandiyanın ən yaxşı şəhərlərindən birini necə məhv etdiklərini görmək üçün ziyarət edirlər.

Helsinki, Finlandiya Helsinki, Finlandiya

Rusiyanın indiki rəhbərliyini artıq Vıborq yox, Tampere və ya Porvoo maraqlandırsa, nə baş verəcək?

Finlər bu sualın cavabını istəmir və özlərini qorumağın yeganə yolunu NATO-ya üzv olmaqda görürlər. Finlandiyanın baş naziri Sanna Marin Stokholmda bildirib ki, fin siyasətçilərinin NATO-ya daxil olmaqda maraqlıdırlar, amma İsveçlə müdafiə ittifaqında olan Finlandiya üçün qonşu ölkə ilə NATO-ya daxil olmaq daha yaxşı olardı. Çünki hazırda İsveçin təhlükəsizliyi də təhdid altındadır.

Xatırladaq ki, İsveçin Rusiya ilə ümumi sərhədləri yoxdur. Amma bu yaxınlarda rusiyalı ekspertlər bir televiziya kanalına Rusiyanın İsveçin Qotland adasından Baltikyanı dövlətləri işğal etmək üçün istifadə etdiyini bildirməsi İsveçin təhlükəsizliyinin də təhdid altında olduğuna işarə idi.

Hər iki ölkənin NATO-ya müraciət etməsi tezliklə reallığa çevriləcək. Finlandiyadan fərqli olaraq İsveçdə NATO-ya üzvlük tərəfdarlarının hələlik çox olmasa da, tərəfdarların sayı üzvlük əleyhinə olanların sayından qat-qat artıqdır. Bu vəziyyət Rusiya rəhbərliyini qıcıqlandırır. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev artıq xəbərdarlıq edib ki, belə olan halda nüvəsiz Baltik dənizi unudula bilər. Amma Kremlin hədələri heç kimi qorxutmur.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »