“Rusiyanın Ukraynaya qarşı başladığı bu müharibə başqa ölkələr kimi Azərbaycana da təsirsiz ötüşməyəcək”.
Bu sözləri iqtisadçı Nemət Əliyev Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, bu müharibə əvvəçə Ukraynada yaşayan azərbaycanlılara, daha sonra isə Azərbaycana birbaşa təsir göstərəcək.
“Bu günə olan vəziyyət onu göstərir ki, Rusiya Ukraynanın şəhərlərini, yaşayış məntəqələrini darmadağın edib. Buradan o nəticə çıxır ki, bu müharibə Ukraynada yaşayan azərbaycanlıların həyat səviyyəsinə birbaşa təsir göstərir. Qeyri-rəsmi məlumatlara görə, 400-500 min nəfər azərbaycanlı Ukraynada yaşayır və təbii ki, bu müharibə ilk növbədə onlara təsir göstərəcək.

Heç şübhəsiz ki, Azərbaycanla Ukrayna arasında bəlli bir ticarət dövriyyəsi var. Bir-birlərinə mal alıb, satırlar. Ukryananın o vəziyyətə gətirilməsi, zavod və fabriklərinin hərbi obyekt adı ilə darmadağın edilməsi, Ukraynada istehsal olunnan malların Azərbaycana satışında xeyli problemlər yaradacaq. Eyni zamanda Azərbaycanın Ukraynaya ixrac etdiyi məhsulların da satış dövriyyəsində azalmalar baş verəcək”.
İqtisadçının sözlərinə görə, yalnız bununla da bitmir və baş verənlər heç şübhəsiz ki, Rusiya Azərbaycan ticarət dövriyyəsinə də təsir göstərir.
“Xüsusən də yeyinti, qida məhsullarının böyük bir hissəsini Ukraynadan Azərbaycana gətirilirdi. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda Rusiyada öz aləmində qeyri-dost dövlətlər çərçivəsinə saldığı ölkələrə ixrac olunan mallar üzərində müəyyən kvotalar tətbiq edir, qiymətləri qaldırır. Məsələnin bu tərəfi heç şübhəsiz ki, Azərbaycana da mal idxalında müəyyən problemlər yaradır və yaradacaq. Bu səbəbdən də qiymətlərin bahalaşması qaçınılmazdır. Hərkəs bunun fəqindədir. Bu, yalnız Rusiyanın müəyyən kvotalar tətbiq etmək və yaxud qiymətləri qaldırmaq zərurətindən də irəli gəlmir. Ümumiyyətlə Rusiyaya tətbiq edilən saknsiyalar öldürücüdür və bu, Rusiya bazarında hansısa məhsulların, avadanlıqların, mexanizlərin istehsalında istifadə edilən ehtiyyat hisssələrinin ixdalında məhdudiyyətlər yaradır. Bu məhdudiyyətlər də Rusiyada istehsal templərinin aşağı düşməsinə istiqamətlənir. Artıq bu gün ilkin proqnozlar verilir ki, Rusiya iqtisadiyyatı bu ilin sonuna qədər hardasa 11 faiz həcmində kiçiləcəkdir.
Bilirik ki, 2.5 milyon və daha çox azərbaycanlı Rusiyada yaşayır. Bu isə xeyli iri rəqəmdir. Bu sanksiyaların təsirindən Rusiya bazarlarını tərk edən çox böyük şirkətlər var. Heç şübhəsiz ki, bu, həmin şirkətlərdə çalışan azərbaycanlıların büdcəsinə təsir edir.
Qeyd edim ki, orada çalışan insanların böyük əksəriyyərti qazandıqları gəlirləri Azərbaycanda yaşayan aillərinə, qohum-əqrabalarına göndərməklə köməklik göstərə bilirdilər. Həmin köməkliklərin də arası kəsiləcək, pul göndərişlərinin həcmində böyük məbləğdə kəsirlər yaranacaq”.
İqtisadçının sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin Azərbaycana təsirsiz ötüşəcəyini düşünmək böyük bir sadəlövlük olar.
“Çox mühüm təsirlərdən biri də ərzaqlıq buğda ilə bağlı olacaq. Bilirsiniz ki, ərzaqlıq buğdanın 60-70 faizini Rusiya Ukrayna bazarlarından idxal edirdik.
Müharibə Azərbaycada taxıla olan tələbatın ödənilməsinə də təsir göstərəcək.
Azərbaycanda buğdanın, arpanın qiymətlərinin qalxması ilə un və un məhsullarının qiymətlərinin yüksəlməsinin şahidi olacağıq”.
Leyla Mirzə, Bizimyol.info