Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kiyev Qərbə 50 milyard dollar maliyyə yardımı üçün müraciət edib
Kiyev Qərbə 50 milyard dollar maliyyə yardımı üçün müraciət edib

Ukrayna prezidenti Vladimir Zelenski qərb ölkələrinə kömək üçün yeni müraciət edib. Bu dəfə o, silah yox, 50 milyard dollar məbləğində maliyyə yardımı istəyir.Ukrayna iqtisadiyyatı ağır günlər yaşayır, Kiyev büdcə kəsirini təkbaşına düzəldə bilmir və tərəfdaşların köməyinə ümid edir. Əlavə yardım olmasa hakimiyyət maaşların, pensiyaların və sosial müavinətlərin verilməsini dayandıra bilər.

Ukraynanın büdcə kəsiri aylıq 7 milyard avro təşkil edir deyə o qeyd edib. Zelenskinin iqtisadi müşaviri Oleq Ustenko vurğulayıb ki, ölkə ilk növbədə iqtisadiyyatı bərpa etməli və kənardan maliyyə cəlb etməlidir. Buna görə də Zelenski Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ Ukraynaya 50 milyard dollar məbləğində maliyyə yardımı istəyib.

Ukraynanın İqtisadiyyat naziri Serhi Marçenko qeyd edib ki, daha əvvəl Kiyevə həmin ölkələrinin koronavirusun iqtisadi nəticələrinin aradan qaldırılması üçün yardım çərçivəsində keçən ilin avqustunda Beynəlxalq Valyuta Fondundan aldıqları vəsaitin 5-10%-nin verilməsini təklif etmişdi. Pandemiyaya ayrılan vəsaitlər istifadə olunmadı, bir çox ölkələr yardımları dayandırdı.

Hələlik bu məsələlərlə bağlı heç bir razılaşma yoxdur. Ustenkonun sözlərinə görə, aktiv danışıqlar gələn həftəyə planlaşdırılır. Zelenski aprelin sonuna kimi bəzi ölkələrin Ukraynanı dəstəkləməyə nə dərəcədə hazır olduqları bəlli olacağını vurğulayıb.

Bundan əvvəl Zelenski Qərbin Ukraynaya ölkədə islahatlar müqabilində maliyyə yardımı təklif etməsindən şikayətlənmişdi.Ukrayna prezidenti Kiyevin hərbi əməliyyatlara görə indi islahatlara hazır olmadığını bildirib.Aprelin 12-də Ukraynanın İqtisadiyyat naziri Marçenko Qərb ölkələrini Kiyevə on milyardlarla dollar məbləğində dərhal maliyyə yardımı etməyə çağırıb. O vurğulayıb ki, bu, Ukrayna üçün yaşamaq məsələsidir.Nazir qeyd edib ki, hakimiyyət Ukrayna büdcəsinin kəsirini təkbaşına ödəyə bilmir.

Aprelin 17-də Avropa Komissiyası elan edib ki, son ianələri nəzərə alaraq, Aİ Rusiyanın xüsusi əməliyyatı başlayandan bəri Ukraynaya humanitar yardım üçün 143 milyon avro ayırıb.

Bu pulun 45 milyon yevrosu Ukrayna üçün, daha 5 milyonu ukraynalı qaçqınları dəstəkləmək üçün Moldovaya veriləcək.

ABŞ Senatı mart ayında Ukraynaya təxminən 13,6 milyard dollar məbləğində humanitar, hərbi və iqtisadi yardım nəzərdə tutan hökumət xərcləri paketini təsdiqləyib.Lakin Marçenko bildirib ki, Ukrayna faktiki olaraq bu yardımdan bir sent də almayacaq. Yardım maddi şəkildə göstəriləcək yəni silah və humanitar yardımların tədarükü ilə. Bu isə Kiyevə büdcə kəsirini ödəməyə imkan verməyəcək.

Aprelin əvvəlində Avropa İttifaqı da Ukraynaya hərbi texnika üçün 500 milyon avro məbləğində əlavə maliyyə yardımı ayırdığını açıqlamışdı. Aİ-nin Kiyevə silah transferi üçün göndərdiklərin ümumi məbləği bununla da 1,5 milyard avroya yüksəldi.

Havar, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »