Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dinə görə həşəratlar halal qida sayılırmı?
Dinə görə həşəratlar halal qida sayılırmı?

Azərbaycana idxal olunan yeməli həşəratlar üçün gömrük rüsumu müəyyənləşib. Bizimyol.info xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Qeyd edilib ki, həmin qida məhsullarına 15 faiz idxal gömrük rüsumu tətbiq olunacaq.

Həşəratlar dedikdə təzə, soyudulmuş, dondurulmuş, qurudulmuş, hisə verilmiş, duzlu və ya duzlu suya qoyulmuş, yeyilə bilən, canlı olmayan, bütöv və ya hissələrə bölünmüş şəkildə təqdim olunan həşəratlar, həmçinin həşəratlardan qida üçün yararlı olan narın və qaba üyüdülmüş un nəzərdə tutulur. Bəli, yeyilə bilən həşəratların ölkəyə gətirilməsinə 15 faiz rüsum tətbiq edilir.

Qeyd edək ki, Azərbaycanda böcəklər, həşəratlar ənənəvi qida kimi istifadə edilmir. Bu kimi yeməkləri nadir restoranlar, xarici qonaqlara təqdim edə bilmək üçün menyuya əlavə edir. Belə olan halda bu məhsullara 15 faiz rüsum tətbiq edilməsi sual yaradan məqamdır…

  • Bəs böcəklərin orqanizmə hansı faydaları var?

ABŞ Qida Texnologiyaları İnstitutunun məlumatına görə, Yer üzündə zülala ehtiyac yaranıb. Həşəratlar zülalla zəngin olduğu üçün gələcəkdə insanların daha çox böcəklə qidalanacaqları istisna edilmir.

Qida eksperti Samir Quliyev Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, 100 qram böcəyin tərkibində 15-70 qram zülal olur. Zülal orqanizm üçün faydalı olduğu üçün Azərbaycanda da böcəklərə tələbat var.

“Düzdür, Azərbaycanda hələ ki, böcəklərdən qida kimi istifadə edilmir. Yəni 1000 adamdan biri belə böcək yeməyi qəbul etməz. Amma bəzi restoranlar var ki, menyunun əhatəli olması üçün bu qidaları da müştərilərə təklif edir. Eyni zamanda paytaxtda fəaliyyət göstərən digər ölkələrin mətbəxini təklif edən restoranlar da belə yeməklər hazırlayır. Bu qidalar insan sağlamlığı üçün təhlükə olmayan qidalardır. Faydaları barədə isə hələ geniş araşdırmalar yoxdur” - deyə ekspert bildirib.

İlahiyyatçı Ramil Əliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bəzi hədislərə görə, quruda yaşayan heyvanlar və quşlardan köpək dişi olan yırtıcı heyvanlar və pəncəsi ilə ov edən quşların əti yeyilməməlidir. İslam dininə görə, donuz, canavar, ayı, şir, müxtəlif meymun növləri, sincab, samur, it, pişik, qunduz, çaqqal, tülkü və s. heyvanların əti yeyilməz. Qeyd edildiyi kimi ovunu pəncəsi ilə tutan quşlardan qartal, quzğun, yarasa, şahin, qağayı, leylək və s. quşlaırn əti yeyilmir. Həşəratlar, yəni torpağın içində yaşayan heyvanlar da halal hesab edilmir. Bura siçanlar, əqrəb, ilan növləri, qurbağa, tısbağa, kərtənkələ, kirpi, arı, ilbiz, bit, birə və s. digər həşaratlar daxildir.

İlahiyyatçı Ramil Əliyev İlahiyyatçı Ramil Əliyev

İlahiyyatçı qeyd edir ki, iyrənc olmayan, ölü heyvan əti yeməyən və ovunu pəncəsi ilə ovlamayan quşların ətini yemək olar. Bura qumru, bülbül, qaranquş, kəklik, bildirçin, durna, sərçə, sırğıçın və s. digər quşlar aiddir.

“Bu gün hər kəs dəniz məhsullarını çox sevir. İslam dininin bəzi məzhəblərinə görə, dəniz məhsullarından bəziləri haram buyrulub. Məsələn, Hənəfi məzhəbi istisna olmaqla dəniz məhsullarının hamısını yemək olar. Hənəfiliyə görə isə, balıq şəklində olmayan heç bir dəniz məhsulu halal deyil”,- deyə ilahiyyatçı bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »