Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan lobbi fəaliyyətində Ermənistana niyə uduzur?..
Azərbaycan lobbi fəaliyyətində Ermənistana niyə uduzur?..

Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, "qurultayın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur".

Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri xiyabanı, Birinci və İkinci Şəhidlər xiyabanını ziyarət edəcək, daha sonra Şuşa şəhərinə yola düşəcəklər.

Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili planlaşdırılır.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad edilməsindən sonra ilk böyük görüşü olacaq.

Turan Rzayev Turan Rzayev

Siyasi şərhçi Turan Rzayev Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi çox mühüm hadisədir: “Şuşa Azərbaycan üçün istər mənəvi, istərsə də mədəni baxımdan mühim bir şəhərdir. Bu şəhərin işğal prosesi dövründə artan dəyəri, simvolik mənası bu gün də özünü göstərir. Hesab edirəm ki, V Qurultayın məhz Şuşada keçirilməsi dünya azərbaycanlıları baxımdan mühüm hadisədir. Nəzərə almaq lazımdır ki, həmin qurultaya dünyanın müxtəlif ölkələrindəki nümayəndələr, diaspora və lobbi fəaliyyəti ilə məşğul olan şəxslər dəvət olunacaq”.

Siyasi şərhçi bildirir ki, bu qurultay çərçivəsində ölkə xaricindəki vətəndaşların diaspora və lobbi fəaliyyətlərində artım edilməsi məsələsi də gündəmdə ola bilər.

Hər zaman qeyd etmişəm ki, Azərbaycan diaspora və lobbi fəaliyyəti baxımından Ermənistanla rəqabətdə gedirə qalır və bu məsələnin həlli bizim üçün çox vacibdir.

Bu gün xaricdə “erməni havadarları” adlandırdığımız şəxslər erməniləri qoruyurlar. Bir çox ölkələrdə erməni maliyyəsi, lobbi və diasporanın ayrırdığı maliyyə hesabına konqresmenlər, senatorlar, deputatlar seçilir və ermənilər bu şəxslərdən istifadə edərək, həmin ölkənin siyasətində öz təbliğatlarını aparırlar. Hesab edirəm ki, bu məsələdə Azərbayca tərəfi də fəaliyyətini artırmalı, lobbi, diaspora quruculuğu işlərində ciddi işlər görülməlidir.

Qələbəni qazanmaq son deyil. Bu qələbəni dünya miqyasında tanıtmaq lazımdır. Təəssüf ki, biz öz əzəli torpaqlarımızın işğaldan azad edilməsini belə tanıtmaq məcburiyyətindəyik. Bu gün bu bizim üçün məcburiyyət olsa da gələcəkdə prosesin yenidən alovlanmaması üçün vacib bir məqamdır”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »