Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Le Pen fırıldaqçı çıxdı: Avropa Parlamenti 617 min avronu geri tələb edəcək
Le Pen fırıldaqçı çıxdı: Avropa Parlamenti 617 min avronu geri tələb edəcək

Avropa Parlamenti (AP) Fransa prezidentliyinə namizəd Marin Le Pen və onun dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunan tərəfdarlarından 617 min avro geri almaq istəyir.

Bizimyol.info xəbər verir ki, "Agence France-Presse" (AFP) bu barədə bazar günü Avropa Parlamentindəki mənbəyə istinadən məlumat yayıb.

“Avropa Parlamenti bəzi pozuntular aşkar etdikdən sonra Avropa Sui-istifadə və Fırıldaqçılıq Bürosuna (OLAF) müraciət edib. Ümumilikdə söhbət 617.000 avro qanunsuz mənimsəmədən gedir”, - deyə bildirilir.

Mənbənin sözlərinə görə, AP “yaxın bir neçə həftə ərzində iştirakçı tərəflərdən vəsait toplamağa” başlamağı planlaşdırır. AFP-nin məlumatına görə, martın 11-də Paris prokurorluğu Le Pen və onun tərəfdarlarının Avropa Parlamentindəki mandatı kontekstində siyasi qruplara verilən pulları şəxsi məqsədlər üçün istifadə etdikləri barədə hesabat alıb. Müvafiq araşdırmanı Fransanın "Mediapart" portalı aparıb.

Bundan əlavə, hesabata görə, Fransa prezidentliyinə namizəd 2004-2017-ci illər ərzində Avropa Parlamentinin xəzinəsindən 137 min avroya yaxın vəsaiti mənimsəyib. OLAF təhqiqatı 2016-cı ildə açılıb və Le Pen 2021-ci ilin martında dindirilib. Hazırda siyasətçi dövlət vəsaitini mənimsəməkdə, həmçinin bu cinayətdə şərik olmaqda ittiham olunur.

2004-cü ildə Le Pen Fransa Milli Cəbhəsi partiyasından Avropa Parlamentinə seçilib. 2017-ci ilin iyununda o, AP-yə mandatından imtina edib, çünki bu səlahiyyətlər milli parlament üzvlüyü ilə birləşdirilə bilməz. 2021-ci ilin sentyabrında Le Pen 2022-ci il seçkilərində Fransa prezidentliyinə namizədliyini açıqlayıb.

Aprelin 10-da Fransada prezident seçkilərinin birinci turu keçirilib. Seçki yarışında 12 namizəd iştirak edib. Bülletenlərin 100%-i sayıldıqdan sonra ölkənin hazırkı prezidenti Emmanuel Makron 27,84%, Le Pen 23,15% səs toplayıb. Aprelin 24-də baş tutacaq ikinci turda Yelisey sarayı uğrunda final duelində həmin siyasətçilərin üz-üzə gəldiyi son seçkilərin dueli təkrarlanacaq.

Qeyd edək ki, 2017-ci ildə Makron 66,1%, Le Pen 33,9% səs toplamışdı.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »