Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin milyarder dostu sülh danışıqlarını bərpa etməyə çalışır
Putinin milyarder dostu sülh danışıqlarını bərpa etməyə çalışır

Milyarder Roman Abramoviç Rusiyanın mülki şəxslərə qarşı vəhşiliklərinə dair dəlillərin ortaya çıxmasından sonra dayanmış Moskva və Kiyev arasında sülh danışıqlarını yenidən başlatmaq niyyəti ilə Kiyevə səfər edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" prosesdə iştirak edən insana istinadən məlumat verib.

Rusiyalı oliqarx və prezident Vladimir Putinin müttəfiqi Kiyevə səfər edərək Ukrayna höküməti tərəfindən danışıqların aparılmasına təyin edilmiş nümayəndə heyəti ilə görüşərək sülh danışıqlarını bərpa etməyin yolları barədə müzakirə aparıb.

Roman Abramoviç Roman Abramoviç

Abramoviçin sözçüsü isə "Bloomberg"-ə milyarderin Kiyevdə olmadığını deyib, lakin o, əlavə şərh verməkdən imtina edib.

Bu yaxınlarda Ukraynada mülki əhalini hədəf alan Rusiyanın vəhşiliklərinin dəlilləri üzə çıxdıqdan sonra ölkələr arasında sülh danışıqları dayandırıldı. Keçən həftə Ukraynanın baş prokuroru İrina Venediktova bildirib ki, hərbi cinayətlərlə bağlı ən azı 5600 iş var. Ukraynanın bununla bağlı Haaqa məhkəməsinə müraciət edəcəyi bildirilir. Mətbuata hazırda faktların toplanması və sənədlərin hazırlanması prosesinin getdiyi barədə məlumat verilib.

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynada soyqırım törətdiyini deyib. Bu arada, ABŞ rəsmiləri, o cümlədən prezident Co Bayden də Rusiyanın Ukraynaya hücumlarının soyqırım olduğu ifadəsini söyləyib. Dövlət katibi Antoni Blinken keçən ay ABŞ-ın “təsadüfi hücumlar və qəsdən mülki şəxsləri, eləcə də digərləri hədəf alan vəhşiliklər barədə çoxsaylı etibarlı hesabatlar” gördüyünü söyləyib.

Sülh danışıqlarının təşkilinə gəlincə, Abramoviç əlbəttə bu məsələdə maraqlıdır. Çünki milyarder saksiyalara görə böyük itkilərə məruz qalacağını bilir. Putinin yaxın adamı adlandırılan Abramoviç sərvətini xilas etmək istəyir. Həm də təkcə özününkünü deyil...

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »